İlk tibbi yardım aşagıkılardan ibarətdir:
-
qanaxmaları müvəqqəti olaraq dayandırmaq;
-
yara və yanıq yerlərinə steril sarğı qoymaq;
-
sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala salmaq);
-
kimyəvi və radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə fərdi tibbi mühafizə vasitələrindən istifadə etməklə, şüa zədələnməsi və kimyəvi zədələnmələrin qarşısını almaq, bədənin açıq hissələrini təmizləmək, yaralılara əleyhqaz geydirmək və təhlükəli sahələrdən çıxartmaq.
İlk tibbi yardımın mümkün qədər tez qöstərilməsi – yaralanmanın son nəticəsinə, yəni yaralı şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Elektrik cərəyanı vurarkən, güclü qanaxma, boğulma, ürək fəaliyyətinin dayanması və nəfəs kəsilən hallarda ilk tibbi yardım dərhal göstərilməlidir. Əgər çoxlu yaralılara eyni zamanda ilk tibbi yardım göstərmək tələb olunursa, onda belə yardımı birinci növbədə uşaqlara və ağır yaralılara göstərmək lazımdır. Belə hallarda yüngül yaralılar özləri də özünəyardım və qarşılıqlı yardım göstərməlidirlər.
İlk tibbi yardımın bütün üsulları ciddi surətdə və çox ehtiyatla icra edilməlidir. Ehtiyatsız, köbud ilk yardım yaralıya əlavə əziyyət verib onun halını ağırlaşdıra bilər.
İlk tibbi yardım göstərilərkən həm təchizat cədvəlinə əsasən verilən tabel vasitələrdən, sanitar çantasındakı dərman və əşyalardan, həm də əlaltında olan yardımçı vasitələrdən istifadə edilir.
Dostları ilə paylaş: |