arasındakı tarazlığı xarakterizə edir. Bu əyrilərin hər biri ayrı-ayrılıqda 2 fazalı
sistemi təşkil edir. Yəni burada
Ф=2 və
K=1 olduğundan, bunun sərbəstlik
dərəcəsi
C=1 olub,
monovariant sistemi əmələ gətirir.
Diaqramda
OC əyrisi üzrə su ilə buxar arasında – tarazlıq yaranan zaman
buxarlanma sürəti kondensləşmə sürətinə bərabər olur
və qaz fazasındakı buxar doymuş buxar adlanır.
OC əyrisi böhran temperaturuna
uyğun gələn nöqtədə (t
b
0
= 374
0
C – böhran temperaturu) tamamlanır. Böhran
temperaturundan yuxarı temperaturda maye faza tamamilə qaz fazaya keçir. Bu
halda su buxarı özünü qaz halı kimi aparır və bu heç bir təzyiqdə mayeləşmir.
Dostları ilə paylaş: