adlandırılır. Təbiətdə qaz, maye və bərk məhlullar mövcuddur və bu məhlul
növləri həlledicidən və həll olan maddədən ibarətdir. Həlledicini məhlulun öz
aqreqat halını dəyişməyən komponenti təşkil edir. Məsələn, şəkər məhsulunda su,
nəm çəkmiş şəkərdə isə həlledici səkərdi. Bioloji sistemlərdə məhlulların daha
geniş yayılanı və daha böyük əhəmiyyət kəsb edəni maye məhlullardır.
Planetimizdə ilk canlılar suda (okeanlarda) əmələ gəlmişlər. Beləliklə, su məhlul
bütün canlı varlıqların başlanğıc törədicisidir. Quruda yaşayan canlılar, o
cümlədən də insan ücün sulu məhlul daxili mühit kimi qalmışdır. Həqiqətən,
bioloji mayelərdən olan qan özünün kimyəvi komponentlərinə və onların
arasındaki miqdari nisbətə görə dəniz suyunu xatırladır. Bəzi hallarda isə dəniz
suyu, hətta, kimyəvi təbiətinə və bununla əlaqədər olan xassələrinə görə qana
daha çox uyğunlaşır. Bu uyğunlaşma xüsusilə Qara dəniz suyunda müşahidə
edilir. Bu əlamət yerdəki canlıların əvvəl suda yaranması və sonra tədricən
quruya keçməsi fikrini əsaslandıran maddi sübutlardan biridir.
Orta yaşlı insanın orqanizminin 65 – 75 % - ni, iki aylıq insan embrionunun
97 % - ni, yeni doğulmuş körpənin 74 % - ni, qanın 90 % - ni, böyrəklərin 82 % -
ni, beynin 70 – 84 % - ni, ürəyin və əzələnin 79 % - ni, dərinin 72 % -ni,
qaraciyərin 70 % - ni, sümüyün isə 30 – 40 % - ni su təşkil edir.
Məhlullarda adətən həlledici ilə həll olan maddəni bir birindən
fərqləndirirlər, hərçənd ki, termodinamika baxımından onların hər ikisi sistemin
komponentləridir. Komponent fərdi maddə olub sistemdən çıxarıla bilər və uzun
müddət təcrid olunmuş şəkildə mövcud ola bilər. Məsələn, natrium-xloridin sulu
məhlulunda komponent NaCl və sudur. Lakin natrium xloridin suda dissosiasiyası
nəticəsində əmələ gələn Na və Cl ionları komponent sayıla bilməzlər. Çünki onlar
təcrid olunmuş şəkildə mövcud deyillər.
Məhlullar heterogen sistem də ola bilərlər (əgər komponentlər müxtəlif
fazalarda yerləşirsə). Belə məhlullara misal olaraq kolloid məhlulları göstərmək
olar. Yüksək molekulyar birləşmələrin məhlulları həqiqi və kolloid məhlullar
arasında aralıq yer tutur, çünki onlar bəzi xassələrinə görə həqiqi, digər
xassələrinə görə isə kolloid məhlullara daha yaxımdirlar.
Məhlulun mühüm xarakteristikası onun tərkibi və qatılığıdır. Məhlulların
qatılığını ifadə etmək üçün
1. molyal qatılıq (vahid həcmdə həll olan maddə mollarının miqdarı)
2. molyar qatılıq ( 1 kq həlledicidə həll olan molların moqdarı)
3. molyar pay (verilən komponentin mollarının məhluldakı bütün
molların cəminə nisbəti)
4. kütlə payı (həll olan maddə kütləsinin məhlulun kütləsinə nisbəti)
5. titr (1sm
3
məhlulda olan maddənin qramlarlarla miqdarı)
terminlərdən istifadə edirlər.
Məhlulların məlum olan bütün növlərini
dispers sistemlərə aid edirlər. Bir
maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanmasından
alınan sistemə
dispers sistem
deyilir. Paylanan maddə dispers faza, mühit isə
dispers mühit adlanır
İki və daha çox komponentdən ibarət olan termodinamik, davamlı, bircins,
tərkibi müəyyən hədd daxilində ixtiyari dəyişən sistemlərə
məhlullar deyilir.
Aqreqat halına görə məhlullar
maye,
bərk,
qaz
halıda olurlar.
Məsələn: duzların suda məhlulu, mis ilə nikelin ərintisi,qaz qarışığı məhluldur.
Həqiqi məhlullar həll olma qabiliyyətinə görə 3 yerə bölünürlər.
Doymuş
Doymamış
İfrat doymuş
Verilmiş temperaturda həll olan maddənin əlavə miqdarının həll ola bildiyi
məhlula
doymamış məhlul
deyilir.
Verilmiş temperaturda həll olan maddənin artıq miqdarının həll ola
bilmədiyi məhlula
doymuş məhlul
deyilir.