Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən



Yüklə 327,08 Kb.
səhifə15/47
tarix14.12.2023
ölçüsü327,08 Kb.
#178071
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   47
Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürə-www.fayllar.org

0
sonsuz 
durulaşmada molyar elektrik keçiriciliyi adlanır. Temperatur artdıqca

artır.
Zəif elektrolit məhlullarında kiçik təzyiqlərdə elektrik keçiriciliyi təzyiqdən
praktik olaraq asılı olmur. Çünki, kondensləşmiş sistemlərə təzyiqin kiçik
dəyişməsi praktiki olaraq təsir göstərmir. Təzyiqin çox böyük artması elektrik
keçiriciliyini azaldır. Məs., təzyiq 2000 atmosfer artdıqda sirkə turşusunun
molyar elektrik keçiriciliyi 40% azalır. Bu, onunla izah olunur ki, sirkə
turşusunun dissosasiyası
CH
3
COOH

CH
3
COO
-
+ H
+
həcmin artması ilə gedir və təzyiq artdıqda Le-Şatelye prinsipinə görə tarazlıq sol
tərəfə yönəlir. Nəticədə ionların miqdarı azaldığından məhlulun elektrik
keçiriciliyi də azalır.



Həm qüvvətli, həm də zəif elektrolitlər üçün sonsuz durulaşmada (sonsuz


durulaşmada

=1 olur)
Λ

= 𝜈
+
𝑧
+
𝜆
+

+ 𝜈

|𝑧

|𝜆


Bu tənliyi Kolrauşun ionların bir-birindən asılı olmadan hərəkət etməsi
qanununu ifadə edir. Bu qanuna görə ionlar sonsuz durulaşmada bir-birindən asılı
olmadan hərəkət edir. Ona görə də məhlulun molyar elektrik keçiriciliyi
stexiometrik əmsallar nəzərə alınmaqla ionların hərəkətliklərinin cəminə bərabər
olur.
Bütün birləşmələr elektrik keçirmə təbiətinə görə şərti olaraq əsas beş yerə
bölünürlər.
1. Elektrik keçirməyən cisimlər və ya izolyatorlar. Bunlarda, hətta, yüksək
elektrik sahəsi yaratdıqda belə elektrik keçməsi müşahidə olunmur.
2. Birinci dərəcəli elektrik keçiriciləri. Bunlara metallar, qrafit materialları,
bəzi metal oksidləri və s. daxildir.
3. Yarımkeçiricilər (bəzi yarımmetallar, intermetallidlər, duzlar, bəzi üzvi
birləşmələr). Bu birləşmələrdə elektrik cərəyanı elektronlarla və xırda deşiklərlə
keçir. Bu birləşmələr elektrik keçirməyinə görə izolyatorlarla birinci dərəcəli
elektrik keçiriciləri arasında durur. Yarımkeçiricilərin elektrik keçiriciliyinin
temperatur əmsalı müsbətdir, yəni temperatur artdıqca elektrik keçiriciliyi artır.
4. İkinci dərəcəli elektrik keçiriciləri və ya ion keçiriciləri. Bunlara bərk
duzların ionlu ərintiləri və elektrolit məhlulları daxildir. Ion elektrik
keçiricilərinin temperatur əmsalı da müsbətdir.
5. Qarışıq keçiricilər. Bunlara elektron və ion keçiriciliyi olan birləşmələr –
qələvi və qələvi torpaq metalların ammonyakda məhlulu, bəzi bərk duzlar
daxildir.
Burada ikinci dərəcəli elektrik keçiriciləri haqqında söhbət açacağıq.
Elektrolitlərdə elektrik cərəyanı ionlar vasitəsilə ötürülür. Elektrolitlərə
salınmış elektrodlarda gərginlik yaratdıqda ionlar bir istiqamətli hərəkətdə
olurlar. Bu zaman dövrədən cərəyan keçir.
Elektrik cərəyanının təsiri altında məhlulda ionlar hərəkət edərkən məhlulun
molekulları ionların hərəkət sürətinə tormozlayıcı təsir göstərirlər. Öz atmosferi
ilə birlikdə hərəkət edən ionun sürəti, onun ölçüsündən, mühitin özlülüyündən
asılı olub Stoks qanunu ilə ifadə olunur.

=




r
F
6
burada: F – ion atmosferinə təsir edən qüvvə, r – ion atmosferinin radiusu,

-
məhlulun özlülüyüdür.
Həmin tənlikdə nəzərə alsaq ki, F = E

e

z
i
, onda

=









K
z
e
E
r
z
e
E
i
i


6
burada: E – elektrik sahəsinin gərginliyi, e – elektronun yükü, z
i
– ionun valenti,
K

- ionun sürtünmə əmsalıdır.
İonların hərəkətinə tormozlayıcı təsir göstərən əsas iki effekt məlumdur.



İonların bir nöqtədən digərinə yerdəyişməsi zamanı onun ion atmosferi


dağılır və başqa bir yerdə yeni ion atmosferi əmələ gəlir. Bu dağılma və əmələ
gəlmə ani olaraq baş vermir, bunun üçün

müddəti lazımdır ki, buna ion
atmosferinin relaksasiya müddəti deyilir. İon atmosferinin dağılması zamanı onun
atmosferi ilə ion arasında elektrostatik qüvvə meydana gəlir və bu qüvvə
atmosferin dağılmasına əks təsir göstərir. Buna relaksasiya effekti deyilir. Bu
effekt ionun hərəkətinə əks təsir göstərir.
İonların bir istiqamətli hərəkəti zamanı onun əks istiqamətində əks yüklü
ionlar da hərəkət edir ki, bu da öz arxasınca həlledici axını yaradır. Həmin axınlar
qarşı – qarşıya hərəkət etdiyi üçün ionların hərəkətinə tormozlayıcı təsir meydana
gəlir. Buna elektroforetik effekt deyilir.
Şübhəsiz, bu effektlərlə yanaşı ionların hərəkət sürətinə əsas tormozlayıcı
təsir göstərən məhlulun qatılığıdır.

Yüklə 327,08 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin