əlverişli kəmiyyət olan
molyar elektrik keçiriciliyindən
𝜆 (ekvivalent elektrik
keçiriciliyi) istifadə edirlər.
Elektrodlar arasında məsafə 1sm olan və daxilində 1q-ekv. Elektrolit həll
olmuş maye sütununun elektrik keçiriciliyinə molyar elektrik keçiriciliyi (λ)
deyilir. Beləliklə, xüsusi elektrik keçiriciliyindən fərqli olaraq molyar elektrik
keçiriciliyi məhlulun vahid həcminə deyil, vahid kütləsinə aid edilir.
Xüsusi və molyar elektrik keçiriciliyi bir-biri ilə aşağıdakı tənliklərlə əlaqələnir:
λ =
k
1000c
Burada c-məhlulun molyar və ya ekvivalent qatılığıdır.
Məhlulların elektrik keçiriciliyi bir çox amillərdən asılıdır:
1. Elektrolitin təbiətindən
2. Elektrolitin qatılığından
3. Həlledicinin özlülüyündən
4. Dielektrik nüfuzluğundan
5. Temperaturdan
Elektrolitlərin xüsusi elektrik keçiriciliyinin k qatılıqdan asılılıq qrafiki (1 –
H
2
SO
4
, 2 – KOH, 3 – CH
3
COOH)
Məhlulun xüsusi elektrik keçiriciliyi temperaturdan asılıdır: temperaturun
1
0
C yüksəlməsi xüsusi elektrik keçiriciliyinin 2 – 3 % artmasına səbəb olur.
Molyar elektrik keçiriciliyi qatılıq artdıqca azalır. Sonsuz durulaşmış
məhlulda ekvivalent keçiricilik maksimal qiymət alır, çünki zəif elektrolitlərdə
sonsuz durulaşma zamanı məhlulun özlülüyü azalır, dissosiasiya dərəcəsi isə artır.
Dostları ilə paylaş: