Elektrolit nəzəriyyələri bir fazalı sistemlər olan elektrolitlərin tarazlıq və
qeyri-tarazlıq xassələrini öyrənir.
Elektrokimyəvi termodinamika yüklü fazalar sərhəddində tarazlığın ümumi
şərtlərini öyrənir.
Elektrokimyəvi kinetika yüklü hissəciklərin fazalar arası sərhədləri
keçməsinin mexanizmini və kinetik qanunauyğunluqlarını öyrənir.
Enerjinin kimyəvi və elektrik formalarının qarşılıqlı çevrilməsinin yalnız
elektrokimyəvi sistemlərdə baş verməsi elektrokimyanın predmetini təşkil edir.
Sistemin ən azı bir elektrokimyəvi oksidləşmə və bir elektrokimyəvi reduksiya
reaksiyası baş verən qapalı fəza hissəsinə elektrokimyəvi sistem deyilir.
Elektrokimyəvi sistem aşağıdakı tərkib hissələrə malikdir: Elektrokimyəvi
sistemdə ion keçiriciliyinə malik mühit elektrolit adlanır.
Elektrolitlə təmasda olub, oksidləşdirici və reduksiyaedici ilə elektron
mübadiləsində olan, həmçinin, xarici dövrəyə elektron verən və xarıcı
dövrədədən elektron alan metal lövhələrə elektrod deyilir.
Elektrodları birləşdirən və onlar arasında cərəyanın keçməsini təmin edən
metal naqil xarici dövrə adlanır.
Elektrokimyəvi sistemdə kimyəvi enerjinin elektrik enerjisinə və ya əksinə
çevrilmə mümkündür. Özbaşına baş verən kimyəvi reaksiyanın enerjisini elektrik
enerjisinə çevirən elektrokimyəvi sistemlərə qalvanik element və ya cərəyanın
Dostları ilə paylaş: