xlorid məhlulunun elektrik keçiriciliyinə bərabər olur. Ekvivalent nöqtəsindən
sonra əlavə olunmuş turşu məhlulda H
+
və Cl
‾
ionlarının ümumi sayını artırır.
Xüsusən yüksək mütəhərrikli H
+
ionlarının əmələ gəlməsi məhlulun
elektrik keçiriciliyinin yenidən yüksəlməsinə səbəb olur. Əgər natrium
hidroksidin elektrik keçiriciliyinin məhlula əlavə edilmiş xlorid turşusunun
miqdarından asılılıq qrafiki qurulsa, bir nöqtədə kəsişən iki düz xətt alınar.
Zəif turşunu qüvvətli əsas ilə titrləyəndə yaxşı dissosiasiya edən duz əmələ
gəldiyindən (yəni,ionların sayı artdığından) elektrik keçiriciliyi artır. Ekvivalent
nöqtə əmələ gələn duzun elektrik keçiriciliyinə uyğun gəlir
Qələvinin artıq miqdarı məhlula əlavə ediləndə sistemin elektrik keçiriciliyi
daha kəskin artır.
Əyridə olan iki kəsişmə nöqtəsi müvafiq olaraq iki ekvivalent nöqtələrinə:
birinci qüvvətli turşunun, ikinci isə zəif turşunun neytrallaşmasına uyğun gəlir.
Ümumi halda titrləmə əyrisi və onun düz xətləri arasında olan bucaq
maddənin dissosiasiya dərəcəsindən və məhlulda olan ionların ekvivalent elektrik
keçiriciliyindən asılıdır. Elektrik keçiriciliyi temperaturdan asılı olduğu üçün
konduktometrik titrləməni sabit temperaturda aparmaq lazımdır.
Dostları ilə paylaş: