Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə53/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   62
Fiziki-və-kolloid-kimya-2

müsbət adsorbsiya, əksinə (Q<0) olduqda isə mənfi adsorbsiya adlanır. 

Praktikada yalnız müsbət adsorbsiya araşdırıldığından, adsorbsiya termini, 

adətən, müsbət adsorbsiyaya aid edilir.  

Adsorbsiya  daha  ümumi  proses  olan  sorbsiyanın  formalarından biridir.  

Sorbsiya  dedikdə  qazların  və  ya  həllolan  maddələrin  bərk  və  ya maye 

maddələr tərəfindən udulması prosesləri nəzərdə tutulur. Udan maddələr  sorbent,  

udulanlar  sorbat  və  ya  sorbtiv  adlanır.  Sorbsiya  prosesinə adsorbsiyadan 

başqa adsorbsiya və kapillyar kondensləşmə hadisələri də aid edilir.  

Qazın və ya buxarın, bərk maddə və ya maye tərəfindən udularaq, onun 

bütün həcminə yayılması hadisəsinə adsorbsiya deyilir. CO

2

 və NH


3

 qazlarının 

suda həll olması adsorbsiyaya misal göstərilə bilər. 

Bərk  sorbentin  məsamələrində  udulan  buxarın  mayeləşməsi  kapillyar  

kondensləşmə  adlanır.  Bu  prosesin  mühüm  xüsusiyyəti  ondan ibarətdir  ki,  

əgər  maye  sorbent  isladırsa,  kapil lyar  məsamələrdə  onun səthi çökük 

olduğundan, düz səthə nisbətən aşağı buxar təzyiqinə malik olur.  

Adsorbsiya  prosesi,  adsorbat-adsorbent  qarşılıqlı  təsirinin  təbiətinə görə  

iki  qrupa:  fiziki  və  kimyəvi  adsorbsiyaya  bölünür.  Sonuncu xemosorbsiya da 

adlanır.  

Kimyəvi adsorbsiya zamanı adsorbat molekulları adsorbentin səthi ilə 

kimyəvi qarşılıqlı təsirdə olub, səthi kimyəvi birləşmələr əmələ gətirir.  

Kimyəvi  adsorbsiyanın  daha  mühüm  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o, 

fiziki adsorbsiyaya nisbətən kiçik sürətlidir. Məhz  bu  səbəbdən  bəzən  

xemosorbsiya  „aktivləşmiş  sorbsiya“ adlanır.  Fiziki  adsorbsiyadan  fərqli  

olaraq,  kimyəvi  adsorbsiya,  adətən dönməyən prosesdir. 

Adsorbsiyanı  ifadə  etmək  üçün  Gibbs  adsorbsiyası  (Q)  ilə  yanaşı 

mütləq adsorbsiya (A) anlayışından da istifadə edilir. Mütləq adsorbsiya, 




adsorbentin vahid səthi və ya vahid kütləsi tərəfindən udulmuş adsorbatın izafi  

deyil,  bütün  miqdarını  göstərir.  Bir  çox  hallarda  adsorbentin həcmində 

adsorbatın qatılığı cüzi olduğundan Q=A olur.  

Verilmiş  adsorbent-adsorbat  cütü  üçün  A  (və  ya  Q)  iki  əsas 

termodinamik  parametrdən  temperatur  və  təzyiqdən  (məhl ullar  üçün 

qatılıqdan)  asılıdır.  Bu  üç  kəmiyyəti  əlaqələndirərək  funksional  asılılıq f(A, 

P, T) və ya f(Q, C, T) adsorbsiya tənliyi adlanır. Adətən,  adsorbsiya 

parametrlərdən  birinin  sabit  qiymətində  öyrənilir.  Sabit  temperaturda alınan 

A=f(P)

T

, və ya Q=f(C)



T

 tipli tənliklə adsorbsiya izotermləri adlanır.  

Müəyyən  edilmişdir  ki,  çox  kiçik  təzyiqlərdə  adsorbsiya  izotermi düz 

xətlidir.  

A=kP: A=kC      (1) 

 (1)  ifadələri  adsorbsiya  üçün  Henri  tənliyi,  k-sabiti  isə  Henri sabiti adlanır. 

Henri sabiti adsorbsiyanın intensivliyini xarakterizə edir. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin