ADSORBSİYA VƏ ONUN NÖVLƏRİ . ADSORBSİYA
NƏZƏRİYYƏSİ .
Məhlulların səth təbəqəsində qatılıq, bir qayda olaraq, həcmdəki
qatılıqdan fərqlənir. Bu fərqi yaradan proses, yəni maye və bərk fazaların səth
təbəqələrində qatılığın öz-özünə artması və ya azalması adsorbsiya adlanır.
Adsorbsiyaolunan maddə adsorbat və ya adsorbtiv, adsorbsiya edən maddə
isə adsorbent adlanır. Adsorbsiya aşağıdakı faza sərhəd lərində müşahidə
olunur (əvvəlcə adsorbent göstərilir): maye – qaz, maye –maye, bərk – qaz,
bərk – maye. Adsorbentin aqreqat halına görə bunları iki qrupa bölmək olar:
1. mayenin səth təbəqəsində adsorbsiya;
2. bərk adsorbent üzərində adsorbsiya.
Səth təbəqəsində adsorbatın adsorbent həcmindəkinə nəzərən izafi və ya
çatışmayan miqdarı vahid səthə düşən molların sayı (və ya kütlə) ilə ifadə olunur
və Gibbs adsorbsiyası , yaxud izafi adsorbsiya adlanır. Gibbs adsorbsiyası Q
hərfi ilə işarə edilir.
Adsorbentin səthdə qatılığı həcmdəki qatılıqdan yüksək olarsa (Q>0), bu
Dostları ilə paylaş: