metastabil halda olan sistemdə yəni faza (dispers faza)əmələ gəlir.Yeni fazanın
yaranmasının əsas şərti başlanğıc sistemin (məhlulun və ya buxarın )ifrat doymuş
Yeni fazanın yaranama şəraitinə baxaq.Yeni fazanın hissəciklərinin yaranması
yeni fazanın rüşeymlərinin yaranması mərhələsini keçməlidir.Bu mərhələ iki
mexanizm üzrə ola bilər homogen və heterogen .
Homogen mexanizmdə metastabil sistemdə yerli ifrat doymalar –qatılığın və
sıxlığın fluktuasiyaları nəticəsində bir neçə molekuldan ibarət aqreqatlar –yeni
fazanın rüşeymləri yaranır.Heterogen mexanizmə görə isə yeni fazanın rüşeymləri
sistemdə olan və ya sistemə daxil edilən kristallaşma mərkəzləri (tozlar əlavə
edilmiş hazır zol və s.)ola bilər.
Müasir nəzəriyyəyə görə yeni fazanın müəyyən ölçülü rüşeymlərinin homogen
mexanizm üzrə yaranması şərti məlum Kelvin tənliyilə ifadə olunur.
r=
2𝜎𝑉
𝑅 𝑇 𝑙𝑛
𝐶
𝐶
burada r-yeni fazanın rüşeymlərinin radiusu,
𝜎-fazaların sərhəddindəki səthi
gərilmə, V
M-
yeni fazanın molyar həcmi, C
if
–r radiuslu hissəciklərin alınması
üçün ifrat doymuş məhlulun qatılığı C
doy
–doymuş məhlulun
qatılığıdır.tənliyindən görünür ki rüşeymlərin alınması üçün c
if
>c
doy
şərti
ödənilməlidir.İfrat doymuş məhluldan yüksək dispersli sistem o zaman alına bilər
ki rüşeymlərin əmələ gəlmə sürəti (v
1
) onların böyümə sürətindən (v
2
) xeyli
böyük olsun.( v
1
> v
2
).Əks halda iri hissəciklər alınır bu hissəciklər isə kinetik
davamsız olduğundan çökür.
Kimyəvi kondensləşmə metodlarında yeni faza kimyəvi reaksiyalar
nəticəsində yaranır.Bu zaman aşağıdakı şərtlər ödənilməlidir.
1) dispers faza dispers mühitdə həll olmamalıdır.
2) rüşeymlərin əmələgəlmə sürəti, onların böyümə sürətindən böyük olmalıdır
bu şərt o zaman ödənilir ki, bir komponentin qatı məhlulu digər
komponentin duru məhluluna əlavə edilsin və intensiv qarışdırılsın
3) reaksiyaya daxil olan maddələrdən biri artıq miqdarda götürülməlidir bu
maddə stabilizator rolu oynayır.
Kimyəvi kondensləşmədə reduksiya oksidləşmə mübadilə hidroliz
reaksiyaalrından istifadə edilir.Nəcib metalların (Pt, Au, Ag,) zollarını almaq
üçün adətən reduksiya reaksiyalarından istifadə olunur.
Ag
2
O +H
2
→ 2Ag+H
2
O
zol
bu reaksiya stabilizator (tanin nişasta jelatin )iştirakında aparılır.Oksidləşmə
reaksiyasından kükürd zolunun alınmasında istifadə edilir .
2H
2
S+O
2
→ 3S+2H
2
O
Zol
Mübadilə reaksiyasından çətin həll olan duzların zollarının alınmasında
istifadə olunur.
Ba(NO
3
)
2
+K
2
SO
4
→BaSO
4
+2KNO
3
Zol
Hidroliz reaksiyasından ağır metalların hidroksidlərinin zollarını almaq
üçün istifadə olunur
FeCL
3
+3H
2
O
→Fe(OH)
3
+3HCL
Zol