Kolloid hissəciyin quruluşunun mitsella nəzəriyyəsi
Kolloid hissəciyin quruluşunun mitsella nəzəriyyəsi ikiqat elektrik təbəqəsi
nəzəriyyəsi əsasında əmələ gəlmişdir. Əvvəllər bu nəzəriyyə bütün kolloid
sistemlərə, o cümlədən liofil zollara da aid edilirdi. Sonralar müəyyən edildi ki,
liofil zollar (daha dəqiq irimolekullu birləşmələrin məhlulları) fərqli quruluşa
malikdirlər.
İstənilən liofob kolloid məhlul iki hissədən –mitsella və mitsellalar arası
mayedən ibarətdir. Mitsella dispers fazanı, mitsellalar arası maye dispers mühiti
təşkil edir.
AgNO
3
+KJ→AgJ+KNO
3
reaksiyası üzrə alınan (KJ artıq götürülür)
gümüş-yodid hidrozolunun quruluşuna baxaq. Bu olacaq. Həllolmayan AgJ
kristalı (aqreqat) səthində J
-
ionlarını adsorbsiya edərək nüvəni əmələ gətirir.
Mənfi yüklənmiş nüvə K
+
ionlarının bir hissəsini adsorbsiya və elektrostatik
qüvvələr hesabına özünə birləşdirir.
Nüvə və onunla möhkəm birləşmiş əks ionlar kolloid hissəcik adlanır.
Mitselladan fərqli olaraq kolloid hissəcik yükə malikdir. Verilmiş halda yükü
mənfidir. Kolloid hissəciklə zəif birləşmiş əks yüklü ionlar mitsellanın diffuz
təbəqəsini əmələ gətirirlər.
Verilmiş mitsellanın quruluşunu belə göstərə bilərik:
hissəcik
nüvə
{[AgJ]
m
· nJ
-
(n – x)K
+
}
x-
xK
+
aqreqat
mitsella
m - aqreqatda olan molekulların sayı (aqreqat kvadrat mötərizədə
göstərilmişdir);
n - aqreqat səthində güclü adsorbsiya olunmuş J
-
ionlarının sayı;
x – kolloid hissəciklə zəif birləşmiş əks yüklü iyonların sayı;
n – x - adsorbsiya təbəqəsinə daxil olan əks yüklü ionalrın sayı.
Dostları ilə paylaş: |