üçün birləşərək iri aqreqatlar əmələ gətirirlər. Bu proses koaqulyasiya adlanır.
mexaniki təsirin, elektrik cərəyanının təsirindən və s. koaqulyasiya baş verir.
edici təsiri çox sürətlə artır. (Şults-Gardi qaydası). Məs.: mənfi yüklənmiş As
təsiri yalnız ionların yükündən asılı deyil. İonun adsorbsiya qabiliyyəti yüksək
olduqca koaqulyasiyaedici təsiri böyük olur. Məs: böyük ölçülü üzvi ionlar güclü
adsorbsiya olunduqlarından onların koaqulyasiya həddi kiçik olur. (Koaqulyasiya
edici təsiri qüvvətli olur).
İonun hidratlaşması böyük olduqca koaqulyasiya edici təsiri kiçik olur.
Məs. Qələvi metal kationlarının koaqulyasiya edici təsiri belə dəyişir: Cs
+
>Rb
+
>K
+
> Na
+
>Li
+
.
Elektrolit qarışığı üçün 3 hal mümkündür.
1. Elektrolitlərin koaqulyasiya edici təsiri cəmlənir
2. Elektrolit qarışığının təsiri təmiz elektrolitlərin təsirləri cəmindən
kiçikdir. Bu, ionların antaqonizmi adlanır.
3. Elektrolit qarışığının təsiri təmiz elektrolitlərin təsirləri cəmindən
böyükdür. Bu, ionların sinergizmi adlanır.
Müxtəlif hidrofob kolloidlərin qarışması da koaqulyasiya doğurur. Bu, o
halda olur ki, qarışan kolloid hissəciklərin yükləri müxtəlif olsun.
Verilmiş zol ona görə davamlıdır ki, onu təşkil edən kolloid hissəciklərin
yükü eyni işarəlidir. Zol üzərinə elektrolit əlavə etdikdə diffuz təbəqədə olan əks
ionlar adsorbsiya təbəqəsinə keçirlər. Nəticədə kolloid hissəciklər yükünü itirib
neytrallaşır və birləşərək koaqulyasiya edirlər.
.
Dostları ilə paylaş: