ölçüləri arasında yerləşdiyindən kolloid sistemlərin alınmasının 2 ümumi üsulu
2. Dispersləşmə
Kondensləşməni fiziki və kimyəvi yolla həyata keçirmək olar. Məs., su
buxarı olan havanı soyutmaqla kolloid sistem-duman alınır. Qeyd etmək lazımdır
ki, kondensləşmə zamanı ilkin kondensləşmə mərkəzlərinin ölçüsü çox kiçik
olduğundan xüsusi səthi çox böyük olur. Ona görə də bunların səth enerjisi böyük
olduğundan həmin kondensləşmə mərkəzləri yox olurlar. Kondensləşmə
mərkəzlərinin böyüməsi üçün məhlulun qatılığı doymuş məhlulun qatılığından
böyük olmalıdır. Kondensləşmə mərkəzlərinin sayı çox, onların böyümə sürətləri
kiçik olduqda kolloid sistemlər alınır. Kondensləşmə mərkəzlərinin sayı az,
böyümə sürətləri böyük olduqca, çökmə və ya təbəqələşmə baş verir.
Müxtəlif kimyəvi üsullarla kolloid sistemlər almaq olar. Bu zaman elə
reaksiya aparılır ki, dispers mühitdə həll olmayan faza alınsın. Məs, oksidləşmə
reaksiyaları
H
2
S+SO
2
→S+ H
2
O
Reduksiya reaksiyaları
HAuCl
4
+ H
2
O
2
→Au+HCl+ O
2
Hidroliz reaksiyaları
FeCl
3
+H
2
O→Fe(OH)
3
+HCl
Mübadilə reaksiyaları
AgNO
3
+KJ→AgJ+KNO
3
Kolloid sistemləri alarkən nəzərə almaq lazımdır ki, dispers fazanın
çökməməsi üçün kondensləşmə mərkəzlərinin sayı çox, böyümə sürəti kiçik
olmalıdır. Bunun üçün götürülən məhlulların qatılıqları kiçik olmalıdır. Məs.,
sonuncu reaksiyada AgNO
3
və KJ-in 0,1 M məhlullarını götürsək çöküntü
alınacaq. Əgər məhlulları 100 və 1000 dəfə durulaşdırsaq, onda kolloid sistem
alınacaqdır. Kolloid sistemin davamlı olması üçün sistemə stabilizator əlavə
olunmalıdır. Sonuncu halda stabilizator rolunu reagentlərdən biri oynaya bilir.
Əgər AgNO
3
-ü artıq götürsək, onda reaksiyadan sonra məhlulda Ag
+
ionları
qalacaqdır. Ag
+
ionları AgJ aqreqatlarının səthində adsorbsiya alınaraq onlara
«+» yük verir və onların birləşərək çökməsinin qarşısını alır.
Həlledicini dəyişməklə də həqiqi məhluldan kolloid məhlul almaq olar.
Məs, S-ün spirtdə məhlulunu damla-damla suya əlavə etsək S-ün suda kolloid
məhlulunu alarıq.
Dostları ilə paylaş: