MÜHAZİRƏ 11
Kolloid kimyanın predmeti , inkişaf tarixi və əhəmiyyəti . Dispers
sitemlərin təsnifatı
Kolloid kimya səth hadisələri və dispers sistemlər haqqında elmdir.
Kolloid kimya çox az sayda elmlərdən bi-ridir ki, adı məzmununa uyğun gəlmir
(«colla» - yunanca yapışqan deməkdir). Bu ad kolloid kimya müstəqil elm ki-mi
formalaşanadək qəbul edilmişdir. Bir sıra ölkələrdə bu fənn «Səth hadisələri»,
«Səth hadisələri və kolloidlər», «Səthlərin fiziki kimyası» və s. adlanır.
Qeyd etmək lazımdır ki, əvvəllər kolloid kimya fiziki kimyanın bölmələrindən
biri idi. Sonralar kolloid kimya sürətlə inkişaf etmiş, təcrübi faktları izah edən
ideyaları və kolloid-kimyəvi tədqiqat metodları olan müstəqil elmə çev-rilmişdir.
Fazaların bölgü sərhəddindəki fazalararası səthi təbə-qədə qonşu fazaların
qarşılıqlı təsiri nəticəsində baş verən pro-seslər səth hadisələri adlanır. Səth
hadisələri fazalararası sər-həddəki səthi təbəqələrdə təmasda olan fazaların tərkib
və quruluşunun müxtəlif olması ilə əlaqədar və uyğun olaraq səthdə atomların və
molekulların qonşu fazalarla əlaqəsinin fərqli olması səbəbindən atomlararası,
molekullararası qüvvə-lərin doymamış sahəsi mövcuddur. Bu səbəbdən səthi
təbəqə-dəki atomlar və molekullar xüsusi quruluş əmələ gətirir, maddə isə öz
xassələrinə – ərimə temperaturu, qaynama tem-peraturu, reaksiya qabiliyyəti və s.
xassələrinə görə fazaların həcmindəki halından fərqli olan xüsusi halda olur.
Maddələrin səthi təbəqələrindəki xüsusi xassələrlə xarakterizə olunan halı kolloid
halın daha ümumi tərifidir. Ona görə də kolloid kimyanı maddənin kolloid halı
haqqında elm kimi də qəbul etmək olar.
Səthində səth hadisələri baş verən hər bir cisim məhdud səthə malik
olduğundan istənilən ölçülü cisim kolloid kimyanın obyekti ola bilər. Lakin səth
hadisələri böyük səthə malik olan cisimlərdə özünü daha kəskin biruzə verir,
çünki bu cisimlərdə maddənin çox hissəsi kolloid halında olur.
İnkişaf etmiş geniş səthə malik olan cisimlərə plyon-kalar, liflər, kapilyarlar,
kiçik hissəciklər aiddir. Bu dispers-lər toplusu onların paylandığı mühitlə birlikdə
dispers sis-temi təşkil edir («dispersus» – latınca xırdalanmış, səpələn-miş
deməkdir).
Dispers sistemlər heterogen olub, ən azı iki fazadan ibarətdir. Bu
fazalardan biri bütöv olub dispers mühit ad-lanır, digər faza isə xırdalanmış halda
olub birinci fazada paylanır və dispers faza adlanır.
Dispers sistemlər kolloid kimyanın ən səciyyəvi və həm də mürəkkəb
obyektləridir, çünki onlarda bu sistem-lərin xüsusi həcmi xassələrini
formalaşdıran səth hadisələri özünü tam müxtəlifliyi ilə göstərir.
Kolloid kimya yüksək dispersliyə malik heterogen sistemlərin fiziki-kimyəvi
xassələrini öyrənir. Kolloid hissəciklər böyük xüsusi səthə malik olduqlarından
kolloid sistemdə səth hadisəsi böyük rol oynayır.
Əgər hər hansı bir faza xırdalanmış şəkildə digər fazanın həcmində
paylanarsa belə sistemlərə dispers sistemlər deyilir. Həcmdə paylanan faza
Dostları ilə paylaş: |