Dispersləşmə üsulu. Müxtəlif üsullarla dispersləşmə mümkündür.
Dispersləşməni mexaniki, fiziki, fiziki-kimiyəvi üsullarla aparmaq olar. Mexaniki
üsulda hissəciklər müxtəlif dəyirmanlarda xırdalanırlar. Kolloid sistemlər almaq
üçün kürə dəyirmanlarından istifadə olunur. Fiziki üsullara misal olaraq
sistemdən ultrasəs keçməsini misal göstərmək olar. Mühitdən ultrasəs keçdikdə
yerli sıxılma və genişlənmə baş verdiyindən hissəciklər xırdalanırlar. Fiziki-
kimyəvi üsulla kolloid sistem alınmasına aşağıdakını misal göstərmək olar. Təzə
çökdürülmüş Fe(OH)
3
üzərinə FeCl
3
məhlulu əlavə etsək kolloid məhlul alınar.
Müxtəlif üsullarla alınmış kolloid sistemlər bu və ya digər dərəcədə digər
maddələrlə çirklənmiş olurlar. Kolloid sistemləri təmizləmək üçün dializdən və
süzgəcləmədən istifadə olunur. Dializin mahiyyəti aşağıdakı şəkildə əks olunur.
(2) qabında kolloid məhlul, (1) qabında su yerləşdirilir. (2) qabının aşağı
hissəsi yarımkeçirici xassəyə malikdir, kolloid hissəcikləri keçirmir, kiçik
molekul və ionları keçirir. (1) qabından daim təmiz su axıdılır. Qarışıqlar adətən
kiçik molekullu olduqlarına görə (2) qabından (1) qabına keçirlər və su ilə
yuyulurlar. Dializin mənfi cəhəti odur ki, proses çox yavaş sürətlə gedir. Başa
çatması üçün həftələr, bəzən aylar lazımdır. Digər tərəfdən prosesin aparılması
üçün çoxlu miqdarda su lazımdır. Dializi sürətləndirmək üçün elektrodializdən
istifadə edirlər. Elektrodializator yarımkeçirici arakəsmələri olan 3 hissədən
ibarətdir. Orta hissəyə təmizlənəcək kolloid məhlul tökülür. Kənarlarda katod və
anod yerləşdirilir. Katod və anod təmiz su ilə yuyulur. Elektrodializ qısa müddətə
(bir neçə dəqiqə və ya saat) başa çatır və həlledici sərfi azdır.
Süzgəcləməni aparmaq üçün ultrasüzgəcdən istifadə olunur. Bildiyimiz
kimi kolloid hissəciklər ultrasüzgəcdən keçmirlər, kiçik molekul və ionlar
ultrasüzgəcdən keçirlər. Ona görə də süzgəcləmə üsulu ilə kolloid sistemi
təmizləmək olur. Süzgəcləməni sürətləndirmək üçün təzyiqlər fərqi tətbiq olunur,
proses ya aşağı təzyiqdə, ya da təzyiq altında aparılır.
Dostları ilə paylaş: |