Nəqliyyat vasitələrinin istismar keyfiyyətləri
Keyfiyyət anlayişı və NV-nin istismar xüsusiyyətləri.
Keyfiyyət - müəyyən istismar şəraitində təyinatına görə istifadə olunduqda obyektin (avto-mobil, aqreqat, mexanizm, sistem, material) verilmiş funksiyaları yerinə yetirməyə yararlılıq dərəcəsini müəyyən edən xassələrin məcmusudur. İstismar xüsusiyyətləri (keyfiyyəti) - nəqliyyat vasitəsınin konsruksiyasının mükəmməlliyinin və tələblərə uyğunluğunun, habelə onun texniki vəziyyətinin meyarıdır.
İstismar xüsusiyyətləri – nəqliyyat vasitəsinin istifadə prosesindəortaya çıxan və onun istismar imkanlarını müəyyən edən texniki göstəricilərdir.
Ümumi halda keyfiyyət dedikdə, təyinatına müvafiq verilmiş funksiyanı yerinə yetirmək üçün konstruksiyanın yararlılıq dərəcəsini qiymətləndirən xüsusiyyətlərin cəmi başa düşülür. Nəqliyyat vasitəsi istismar prosesində iştirak edərkən onun texniki imkanlarından nə dərəcədə səmərəli istifadə edilməsi texniki göstəricilərlə təyin edilir. İstismar əsnasında meydana çıxan və hərəkət tərkibinin texniki imkanlarını (işləmə qabiliyyətini) müəyyən edən texniki göstəricilərə istismar keyfiyyətləri deyilir.
Nəqliyyat vasitələrinin istismar keyfiyyətləri konstruksiyanın layihələndirilməsi zamanı nəzərdə tutulur, istehsal prosesində (zavodda hazırlandıqda) isə təmin edilir. Mövcud olan bütün nəqliyyat vasitələri üçün əsas istismar keyfiyyətləri aşağıdakılardır:
Dinamikliyi və yanacaq qənaətliliyi;
Hərəkətin təhlükəsizliyi;
Nəqliyyatın dəyanətliyi və keçiriciliyi;
Yük götürmə qabiliyyəti və tutumu;
Etibarlılığı və ömür uzunluğu;
İmtinasızlığı və rahatlığı;
Məhsuldarlığı və təmirə yararlılığı.
Dostları ilə paylaş: |