Texnoloji avadanlıq − texnoloji prosesin müəyyən hissəsini yerinə yetirmək üçün tələb olunan istehsalat vasitələridir (dəzgahlar, stendlər, yuma qurğuları, rəngləmə kameraları və s.).
Köməkçi post − avtomobilin texniki vəziyyətini və xarici görünüşünü saz saxlamaq və ya bərpa etmək üçün lazım olan texnoloji köməkçi əməliyyatların bilavasitə avtomobildə yerinə yetirilməsi üçün avtomobil-yerdir. Köməkçi postlara aid edilir: avtomobilin qəbulu-təhvili, rəngləməyə hazırlıq, rəngləmə və yumadan sonra qurutma (əgər bu postlar stasionar texnoloji avadanlıqla təchiz edilməmişsə və rəngləmə və yuma postları ilə vahid aqreqat kimi əlaqəli deyillərsə) postları.