Vibrometrik diaqnostika üsulunun mahiyyəti ondan ibarətdir ki, burada sistemdə baş verən zərbələrin enerjisi və titrəmələrin amplitudaları birləşmələrin araboşluqlarına mütənasib qəbul edilir. İstənilən mexanizm üçün titrəmələrin təcilinin qiymətlərini bilərək onları etalon qiymətləri ilə müqayisə edirlər və sistemin texniki vəziyyəti sökülmədən müəyyən edilir.
Adətən mexanizmlərdə səs siqnallan titrəmələrin nəticəsində yarandığı üçün avtomobillərin texniki vəziyyətinin öyrənilməsində vibroakustik diaqnostika üsulu da geniş tətbiq edilir. Burada diaqnostik əlamətlər kimi həm zərbələrin enerjisindən və həm də səs siqnallarının parametrlərindən. istifadə edilir. Bu halda mexanizmdəki rəqslərin amplitudalarının dəyişmə qanunauyğunluğu xüsusi qurğu - spektrometr vasitəsilə qurulur. Alınan amplituda qiymətləri öz nominal qiymətləri ilə müqayisə edilir və sistemin texniki vəziyyəti haqqında mülahizə irəli sürülür.