Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


Etibarlılıq kriteriyalarının təyini



Yüklə 1,78 Mb.
səhifə32/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Etibarlılıq kriteriyalarının təyini

Hərəkət tərkibinin işləmə qabiliyyəti böyük miqdarda konstruktiv-texnoloji və istismar amillərindən asılı olduğu üçün onun etibarlılığı bir və ya iki göstərici ilə qiymətləndirilə bilməz. Bu baxımdan nəqliyyat vasitəsinin etibarlılığı göstəricilər sistemi ilə xarakterizə edilir ki, bunlara bəzən etibarlılıq kriteriyaları deyilir. Bu kriteriyalar həm nəzəri (dəqiq) şəkildə (riyazi ifadələr vasitəsilə), həm də statistik məlumatlar əsasında təyin edilir.

Etibarlılıq kriteriyaları bərpa olunmayan və təmir olunan nəqliyyat elementləri üçün aynlıqda hesablanır.

Bərpa olunmayan elementlərin əsas etibarlılıq göstəriciləri aşağıdakılardır:



  1. İmtinasız işləmə ehtimalı.

  2. İmtinaların intensivliyi.

  3. İmtinaya qədər orta yürüş.

  4. Qamma-faizli resurs.

Birinci üç göstərici imtinasızlığı, axırıncı isə ömür uzunluğunu qiymətləndirir.İmtinasız işləmə ehtimalı elə ehtimala deyilir ki, verilmiş istismar şəraitində və yürüş intervalında konstruksiyada heç bir imtina baş verməsin.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin