Standartlaşdırmanın məqsəd və vəzifələri Standartlaşdırmanın məqsədləri aşağıdakılardır:
- məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və
sağlamlığı üçün təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlət və
istehlakçıların mənafeyinin müdafiəsi; - xalq təsərrüfatı və əhalinin tələbatına, elm və texnikanın
inkişafina müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi; - məhsulun uyğunluğunun və
qarşılıqlı surətdə əvəzolunmasının təmini; - insan və material ehtiyatlarına qənaət edilməsinə
köməklik göstərilməsi, istehsalın iqtisadi göstəricilərinin yaxşılaşdırılması; - istehsalda və
ticarətdə texniki maneələri aradan qaldırmaqla məhsulların dünya bazarında rəqabətliyinin və
dövlətin beynəlxalq və dövlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsi; - təbii
və texnogen qəzaların və digər fövqəladə vəziyyətlərin yaranması təhlükəsi nəzərə alınmaqla xalq
təsərrüfatı obyektlərinin təhlükəsizliyinin qorunması; - səfərbərliyə hazırlığa və müdafiə
qabiliyyətinin yüksəldilməsinə köməklik göstərilməsi.
Dostları ilə paylaş: |