1. ELEKTRİK DÖVRƏLƏRİNİN PARAMETRLƏRİNİN ÖLÇÜLMƏSİ
Məlumdur ki, elektrik dövrələri müqavimətdən (rezistordan), induktivlikdən və
tutumlardan təşkil olunur.
Müqavimət elektrik dövrəsinin ən mühüm parametrlərindən biri olub,hər hansı dövrənin
və ya qurğunun işini müəyyən edir.
Elektrik maşınlarını, aparatlarını və cihazlarını hazırladıqda, elektrik qurğularının
montajında və istismarında müqavimətlər üçün müəyyən qiymətin alınması onların normal iş reji-
mini təmin etmək üçün zəruri şərtdir.
Bəzi müqavimətlər öz qiymətlərini praktiki olaraq dəyişməz saxlayır, digərləri isə əksinə,
zamandan, temperaturdan, rütubətdən, mexaniki qüvvələrdən və s. asılı olaraq kəskin surətdə
dəyişir. Ona görə də həm elektrik maşınlarını, aparatlarını və cihazlarını istehsal etdikdə, həm də
elektrik qurğularını montaj və istismar etdikdə müqavimətləri ölçmək lazım gəlir.
Müqavimətlər öz qiymətlərinə görə çox müxtəlif olur.Praktiki olaraq müqavimətləri 10
-6
Om tərtibində çox kiçik qiymətlərdən başlayaraq 10
15
- 10
18
Om tərtibində böyük müqavimətlərə
qədər ölçmək lazım gəlir.
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq təbiidir ki, müqavimətləri ölçməkdən ötrü
müxtəlif metodlar və cihazlar vardır və ölçmə əməliyyatı aparmaq üçün bu və ya digər metodun
seçilməsi çoxlu miqdarda amilin nəzərə alınmasını tələb edir.
Ümumiyyətlə, müqavimətləri dolayı və bilavasitə qiymətləndirmə metodları, eləcə də
körpü ölçmə sxemləri əsasında həm analoq, həm də rəqəm cihazlarının köməyi ilə ölçmək
mümkündür.
Rezistorun sabit cərəyana görə R
x
müqavimətini dolayı metodla ölçmək üçün aşağıdakı
sxemdən (şəkil 1.1) istifadə etmək olar.
Şəkil 1.1. Kiçik (a) və böyük (b) müqavimətlərin dolayı metodla ölçülməsi sxemləri
Burada Om qanununu tətbiq etməklə ampermetr və voltmetrdən istifadə edilir. R reostatı
vasitəsilə cərəyan və gərginliyin uyğun
qiymətlərini tənzim etməklə R
x
– i belə hesablamaq
olar:
)
/
(
v
x
x
v
x
x
R
U
İ
U
İ
İ
U
R
−
=
−
=
burada
İ
v
- voltmetrdən axan cərəyan; R
v
- voltmetrin daxili müqavimətidir; əgər
x
v
R
R
olarsa,
İ
U
R
x
x
/
yazmaq olar.
Mütləq metodiki xəta
x
R
bir-biri ilə paralel birləşdirilmiş rezistor və voltmetrin
ümumi müqaviməti ilə ölçülən müqavimətin fərqi kimi müəyyən edilir:
v
x
x
x
v
x
v
x
x
R
R
R
R
R
R
R
R
R
+
−
=
−
+
=
2
,
nisbi xəta isə
)
R
R
/(
R
v
x
x
+
−
=
Aydındır ki, a) şəklindəki sxem kiçik müqavimətləri ölçmək üçün yararlıdır.
Böyük müqavimətləri ölçmək üçün b) şəklindəki sxemdən istifadə edilir. Bu halda
R
x
= (U/İ
x
) – R
A
,
burada R
A
- ampermetrin daxili müqavimətidir. Əgər
x
A
R
R
olarsa, onda R
x
= U/İ
x
; mütləq
xəta
A
x
R
R =
, nisbi xəta isə
x
A
R
R /
=
kimi təyin edilir.
Ampermetr və voltmetr metodu ilə ölçmənin xətası həmişə istifadə olunan ampermetr və
voltmetrin gətirilmiş xətalarının cəmindən böyük olur. Bu metoddan adətən qeyri-xətti
ikiqütblülərin (məsələn, varistorların, termorezistorların və s. ) “nöqtələr” üzrə volt-amper
xarakteristikalarını təyin etmək üçün istifadə olunur.
Ampermetr və voltmetr metodu əsasında müqavimətləri ölçmək üçün cihazlar –
elektromexaniki və elektron – hazırlanıb istehsal olunur.