Mühazirə konspekti


Şəkil 4.1. Sabit cərəyan voltmetrinin struktur sxemi



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   21
Elektrik-ölçmələri-mühazirə

Şəkil 4.1. Sabit cərəyan voltmetrinin struktur sxemi 

 

 

Burada  GB-giriş  gərginlik  bölücüsü,  SCG  –  sabit  cərəyan  gücləndiricisi,  ÖM  –  maqnit-



elektrik  ölçmə  mexanizmidir.  Ölçmə  mexanizminin  göstəricisininin  meyl  bucağı  α  = 

K

GB

·K

SCG

·S

v

U

x

 = K

V

U

x 

, burada  K



GB,

 K

SCG,

 - GB və SÇG-nin çevirmə (gücləndirmə) əmsalları; S

v

 

– ölçmə mexanizminin gərginliyə görə həssaslığı; K



V

 – elektron voltrmetrinin çevirmə əmsalı; U



x

 

–  ölçülən  gərginlikdir.  Bu  cür  voltmetrlərdə  adətən  K



SCG

  ≈1  götürülür,  SCG-nin  əsas  vəzifəsi 

voltmetrin böyük giriş müqavimətini təmin etməkdir. Bu voltrmetrlərin yuxarı ölçmə həddi bir 

neçə millivolt təşkil edir. 

 

 



 

Dəyişən  cərəyan  voltmetrləri  dəyişən  gərginliyi  sabit  gərginliyə  çevirən  çeviricidən, 

gücləndiricidən  və  maqnit-elektrik  ölçmə  mexanizmindən  təşkil  olunur.  Dəyişən  cərəyan 

voltmetrlərinin öz xarakteristikalarına görə biri-birindən fərqlənən iki ümumiləşdirilmiş struktur 

sxemləri  mövcuddur.  4.2  şəklindəki  sxem  üzrə  qurulmuş  voltmetrlərdə  ölçülən  U

x

  gərginliyi 



əvvəlcə sabit gərginliyə çevrilir,sonra isə sabit cərəyan voltmetrlərində olduğu kimi SCG və ÖM-

ə verilir. 

 

 

Şəkil 4.2. Dəyişən cərəyan voltmetrinin struktur sxemi 



 

 

Çevirici  Ç  az  ətalətli  qeyri-xətti  qurğudur,  ona  görə  də  belə  strukturlu  voltmetrlər  geniş 



tezlik    diapazonunda  (bir  neçə  on  herslərdən  10

3

  Mhs-ə  qədər)  işləyə  bilirlər.  Lakin  belə 



voltmetrlərin həssaslığı yüksək deyildir. 

 

Elektromaqnit  voltmetrlər  əsasən  lövhə  cihazları  kimi  istifadə  olunurlar.  Onların  ölçmə 

hədlərini gərginlik ölçmə transformatorlarının köməyi ilə artırmaq mümkündür. Elektrodinamik, 

elektrostatik  voltmetrlər  əsasən  laboratoriya  cihazlarıdır,  termoelektrik  cihazlar  isə  yüksək 




tezliklərdə istifadə edilirlər. Düzləndiricili voltmetrlər adətən əldə gəzdirilən çox funksiyalı ölçmə 

cihazlarının – testerlərin tərkibinə daxil olur. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin