Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Elektrik-ölçmələri-mühazirə

Şəkil 11.1. Müddət – impuls funksional ARÇ-nin struktur sxemi və zaman diaqramları 

 

башланмасы)  верилдикдя ИЭ - нин импулслары сайьажа дахил олмаьа башлайыр вя 



ейни  заманда  бу  импулсла  еталон  эярэинлик  эенератору  ЕЭЭ  ися  дцшцр;  онун 


чыхышында  эярэинлийин  замана  эюря  мцяййян  функсийасы  щасил  олур.  Бизим 

бахдыьымыз щалда квадратик асылылыьы алмаг цчцн бу, йарым парабола формалы 

эярэинликдир: 

t

K

U

1

e

=



 

 

 



12. İNFORMASİYA-ÖLÇMƏ  SİSTEMLƏRİ 

 

12.1.Ümumi məlumat 

 

 

İnformasiya - ölçmə sistemləri (İÖS) bilavasitə obyektdən informasiyanın avtomatik olaraq 



alınmasını,onun  çevrilməsini,  ötürülməsini,  ölçülməsini,  emalını,  saxlanmasını,  operator 

tərəfindən rahat qəbul edilməsini və (və ya) idarəedici sistemə daxil edilməsini təmin edən texniki 

vasitələr toplusudur. İOS mürəkkəb ölçmə kompleksidir. Onun tərkibinə təkcə ölçmə çeviriciləri 

yox, həm də ölçmə informasiyasını emal etmək üçün, eləcə də ölçmə prosesinin realizasiyası və 

informasiya  alınması  prosesinin  idarə  edilməsi  üçün  hesablama  texnikası  vasitələri  –  güclü 

kompyuterlər də daxildir. 

 

İnformasiya-ölçmə sistemləri  aşağıdakı əməliyyatların həyata keçirilməsinə imkan verir: 



1)  tədqiqat obyekti ilə bilavasitə əlaqə

2)  ölçmə informasiyasının emalı; 

3)  mərkəzləşdirilmiş avtomatik (avtomatlaşdırılmış) idarə; 

4)  müxtəlif fiziki kəmiyyətlərin çoxkanallı ölçülməsi. 

 İnformasiya-ölçmə  sistemləri    öz  inkişafında  bir  neçə  mərhələ  keçmişdir.Birinci  

mərhələdə  İÖS  –ləri  avtomatlaşdırılmış  analoq  sistemləri  kimi  fəaliyyət  göstərmişdir.Burada 

əsasən  funksional  çeviricilərin  və  sadə  hesablama  qurğularının  (elektromexaniki  və  elektron) 

köməyi ilə informasiyanın ilkin emalı yerinə yetirilirdi,operator pultundan informasiyanın tsiklik 

və  ünvan  yığımı  istifadə  edilirdi.  İnformasiyanın  ötürülməsi  üçün  əsasən  sabit  cərəyanda 

modulyasiya tətbiq olunurdu. Birinci mərhələyə aid İÖS-ləri elektromexaniki və elektron-lampa 

elementləri  üzərində    qurulurdu.  Onlar  aşağı  cəldişlmə  qabiliyyətinə,    kiçik  dəqiqliyə  və 

etibarlılığa malik idilər. 

  

Rəqəm texnikasının intensiv inkişafı İÖS-lərin ikinci nəslinin –rəqəm ölçmə sistemlərinin 



yaranmasına  səbəb  oldu.Belə  sistemlər  daha  böyük  cəldişləməyə  və  dəqiqliyə  malik  idilər.Bu 

sistemlərdə  çoxpilləli  kommutatorların  tətbiq  olunması  ölçmə  kanallarının  sayının  artırılmasına 

imkan  verdi.İkinci  nəsil  İÖS-lərində  informasiyanın  emalı  ixtisaslaşdırılmış  rəqəm  hesablama 

maşınlarının köməyi ilə yerinə yetirilirdi.İnformasiya yığımı prosesinin proqramla idarə edilməsi 

elektron hesablama maşınlarının,tsiklik və ünvan sorğusu isə operatorun pultunda yerləşdirilmiş 

avtonom elektron bloklarının köməyi ilə həyata keçirilirdi. 

 

İnformasiya-ölçmə  sistemlərinin  üçüncü  nəsli  70-ci  illərin  ortalarında  təşəkkül  tapdı  və 



mikroelektronikanın 

inkişafı,otra 

və 

böyük 


inteqrasiya 

dərəcəli 

mikrosxemlərin, 

mikroprosessorların, mini- və mikro-EHM-lərin yaranması ilə əlaqədar oldu. 

 

İÖS-lərin  tərkibində  universal  və  idarəedici  mini-  və  mikro-EHM-  lərin  tətbiqi  onların 



funksional imkanlarını xeyli artırdı və informasiya-hesablama komplekslərinin yaranmasına səbəb 

oldu; emal olunan informasiya  massivinin, emalın sürəti xeyli artdı. 

İnformasiya-ölçmə sistemlərinin dördüncü nəsli onlarda çoxfunksiyalı bircinsli və müxtəlif 

cinsli  fiziki  kəmiyyətlərin  ilkin  çeviricilərinin  istifadə  olunması  ilə  xarakterikdir.Burada 

informasiyanın  alınması,çevrilməsi  və  ilkin  emalı  aşağı  ierarxiya  səviyyəsində  yerinə 

yetirilir.Çoxprosessorlu  sistemlərdən  istifadə  olunması  bir  tərəfdən  emal  və  idarəetmə 

funksiyalarını ayırmağa,digər tərəfdən isə İÖS-nin cəldişləmələrini kifayət qədər artırmağa imkan 

verir. 


 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin