Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Elektrik-ölçmələri-mühazirə

 

9. RƏQƏM OSSİLOQRAFLARI 

 

 

Rəqəm  ossiloqraflarında  tədqiq  olunan  analoq  siqnal  giriş  blokunda  analoq-rəqəm 



çeviricisinin  köməyilə  rəqəm  formasına  çevrilir  və  diskret  yaddaşda  saxlanılır.Yaddaşda 

saxlanılan siqnal elektron-şüa borusunun ekranında,müstəvi matrisli ekranda və digər üsullarla əks 

etdirilə bilər. 

 

Rəqəm ossiloqrafı eyni zamanda ekranda siqnalı müşahidə etməyə,həm də onun bir sıra 



parametrlərinin  ədədi  qiymətlərini  yüksək  dəqiqliklə  almağa  imkan  verir.Bundan  başqa  rəqəm 

ossiloqraflarında  informasiyanı  çap  etmək,  şəbəkəyə  ötürmək  və  digər  funksional  imkanlar 

nəzərdə  tutulmuşdur.  Rəqəm  ossloqraflarının  mikroprosessorlarla  əlaqələndirilməsi  siqnalın 

gərginliyinin orta kvadratik qiymətini təyin etməyə və hətta ekranda bir çox siqnallar üçün Furye 

çevirməsini əks etdirməyə və hesablamağa imkan verir. 

 

Rəqəm  ossiloqraflarının  ekranında  təsvirlərin  optimal  ölçüləri  avtomatik  olaraq 



qoyulur.Belə ossiloqrafların struktur sxeminə əsasən aşağıdakılar daxildir: giriş siqnalının atten-

yuatoru;  şaquli  və  üfüqi  meyletmə  gücləndiriciləri;  amplituda  və  zaman  intervalları  ölçənləri; 

siqnal  və  ölçmə  qurğularının  interfeysləri;  mikroprosessorlu  kontroller;  açılış  generatoru; 

sinxronlaşdırma sxemi və elektron-şüa borusu. 

 

Tipik müasir rəqəm ossiloqrafının texniki xarakteristikaları belədir: 



- buraxma zolağı  0....100 Mhs;  

- ekranın ölçüsü  80x100 mm; 

- rəqəm ölçmələrinin xətası  1...3%. 

 

Rəqəm  ossiloqrafının  funksional  imkanları:  təsvirlərin  ölçülərinin  avtomatik  qoyuluşu; 



avtomatik  sinxronlaşdırma;  siqnalların  maksimum  və  minimum  amplitudalarının,  impulsların 

periodunun,müddətinin,fasiləsinin,qalxma  və  enmə  cəbhələrinin  avtomatik  ölçülməsi,  ümumi 

təyinatlı kanala giriş və s. Bundan əlavə rəqəm ossiloqrafları ölçmə prosesini tam avtomatlaşdır-

mağa, iş rejiminin məsafədən idarə olunmasına, informasiyanın riyazi və məntiqi emal edilməsinə 

də inkan verirlər. 



 

Rəqəm ossiloqrafının sadələşdirilmiş struktur sxemi 9.1. şəklində göstərilmişdir. 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin