Mühazirə konspekti


 ELEKTRON – ŞÜA OSİLLOQRAFLARI



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
Elektrik-ölçmələri-mühazirə

10. ELEKTRON – ŞÜA OSİLLOQRAFLARI 

 

 

Elektron – şüa osilloqrafları – zamana görə dəyişən prosesləri vizual izləmək və onları qeyd 



etmək üçün nəzərdə tutulmuş cihazlardır.   Təyinatından və hazırlanması zamanı istifadə olunan 

elementlərdən asılı olaraq elektron osilloqrafların konstruksiyaları və sxemləri müxtəlifdir. Şəkil 

10.1-də ümumi təyinatlı osilloqrafın sadələşdirilmiş struktur sxemi göstərilmişdir. 



 

Şəkil 10.1. Elektron-şüa osilloqrafının 

struktur sxemi: 

1- qızdırıcı tel;  2- katod; 

 3- modulyator; 4,5,8- anodlar; 6 və 

     7- üfüqi və şaquli meylləndirmə  

elektrodları. 

                                       

 

Elektron – şüa osilloqrafının əsas elementi elektron – şüa borusudur EŞB. Elektron – şüa 



borusu  EŞB – osilloqrafın ölçmə elementidir. Ölçüləcək siqnalları gözlə görünən təsvirə çevirmək 

üçün nəzərdə tutulmuşdur. Boru konusvari və ya düzbucaqlı şəkilli hermetik, dərin vakuum altında 

olan şüşə borudan ibarətdir. Borunun daxili təpə səthi lüminofor qatı-elektron selinin təsiri altında 

işıqlanma  qabiliyyəti  olan  maddə  ilə  örtülmüşdür.  Borunun  boğazlığında  metallik  elektrodlar 

sistemi-yüksək temperaturun təsiri altında sərbəst yüklər (elektronlar) daşıyıcıları mənbəyi olan 

qızdırıcı  tel  (sim)1  və  katod  2  yerləşdirilmişdir.  Katod,  mənfi  potensial  altında  olan,  silindrik 

modulyatorla 3 əhatə olunmuşdur. Katod və modulyator arasındakı potensiallar fərqini dəyişməklə 

elektronlar  selini  nizamlayaraq,  onları  nazik  bir  dəstə  halına  gətirmək  olar.  Elektron  şüasının 

sonrakı konsentrasiyası anod 4 (fokuslayıcı elektrod) ilə həyata keçirilir. Bu anod katoda nəzərən 

müsbət  potensiala  malikdir.  Həmçinin,  katoda  nəzərən  müsbət  potensial  altında  olan  anod  5 

elektronları sürətləndirən elektrik sahəsi yaradır. Bu sahənin təsiri altında elektronlara lüminofor 

qatının həyəcanlanması və onun işıqlanması üçün vacib olan kinetik enerji ötürülür. 

 

Elektron  şüasının  üfüqi  və  şaquli  müstəvi  üzrə  idarə  sistemi  iki  cüt  meyletdirici 



elektrodlardan ibarətdir: üfüqi elektrodlar 6 şüanı şaquli idarə etmək üçün istifadə edirlər, şaquli 

elektrodlar 7 isə şüanı üfüqi idarə etmək üçün istifadə edirlər. Elektron şüasını borunun ekranında 

meylləndirilməsi  onun  konstruktiv  parametrlərindən  asılıdır:  meylləndirici  elektrodların 

ölçülərindən  (uzunluğundan),onlar  arasındakı  məsafədən,  ekrandan  aralanmasından  və  ikinci 

anoddakı  gərginlikdən.  Borunun  ekranında  şüanın  vəziyyətinin  dəyişməsinin  h  bu  dəyişməsini 

yaradan gərginliyə nisbəti borunun gərginliyə görə həssaslığını müəyyən edir: 



U

h

S

/

=



 

 

Müasir elektron – şüa borularının həssaslığı 0,1mm/V-a çatır. 



 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin