Mühazirə konspekti


İnformasiya-ölçmə sistemlərinin növləri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Elektrik-ölçmələri-mühazirə

12.2. İnformasiya-ölçmə sistemlərinin növləri 


 

 

Təyinatına görə informasiya-ölçmə sistemləri aşağıdakı növlərə ayrılır: 



1) ölçmə sistemləri

2) avtomatik nəzarət sistemləri

3) texniki diaqnostika sistemləri

4) təsvirləri tanıma sistemləri. 



Ölçmə sistemləri (ÖS) birbaşa,dolayı və birgə ölçmələr aparılması üçün tətbiq olunur.Bu 

sistemlərdən,adətən,müxtəlif  obyektləri  və  prosesləri  tədqiq  etmək  üçün  istifadə  edilir  və  onlar 

nisbətən yüksək metroloji xarakteristikalara malik olur. 

Tədqiq edilən obyektlər haqqında informasiya bəzən minimum olduğu üçün ölçmə sistemləri 

strukturuna və imkanlarına görə universal olmalıdır.Bu sistemlərin çıxışında informasiya adlı rəqəmlər 

və ya onların nisbəti şəklində operatora verilir. İnformasiyanı təsvir vasitələri çox müxtəlif ola bilər: 

əqrəbli  və  rəqəm  cihazlarının  göstərişləri,  qrafiklər,  cədvəllər  və  s.Sistem  məsləhətçi  rejimində  də 

işləyə bilər.Bu halda informasiya məlumat şəklində verilir və ondan operator istifadə edə bilər. 

Bəzi  ölçmə  sistemləri  ölçmə  informasiyasını  mürəkkəb  riyazi  emaletmə  qabiliyyətinə 

malikdirlər.Bu halda ölçmə nəticəsi məntiqi nəticələr və ümumiləşdirilmiş rəqəmlər şəklində alınır. 



Avtomatik nəzarət sistemlərində (ANS) nəzarət obyektinin vəziyyəti müəyyənləşdirilir,yəni 

nəzarət olunan obyekti xarakterizə edən paramaetrlərin həqiqi qiymətləri normal və ya mümkün 

ola  bilən  qiymətləri  ilə  tutuşdurulur.Bu  qrup  sistemlər  mərkəzləşdirilmiş  nəzarət  sistemləri  də 

adlandırılır. Burada obyektin xarakteri əvvəldən məlum olur,onun mümkün olan halları isə normal 

və yol verilməyən hallara bölünür (“norma”, “normadan yuxarı”, və “normadan aşagı”). Sistemin 

verdiyi informasiya keyfiyyət xarakteri daşıyır və obyektin verilən rejimdə olduğunu,yaxud ondan 

“yuxarı”  və  ya  “aşağı”  çıxdığını  göstərir.Ona  görə  də  avtomatik  nəzarət  sistemləri  ölçmə 

sistemlərinə nisbətən az universal ola bilər.   

 

Texniki  diaqnostika  sistemlərində  (TDS)  ölçmə  nəticələri  əsasında  obyektin 

xarakteri,ondakı nasazlıqların xarakteri, bu nasazlıqları aradan qaldırmaq və s.haqqında ümumi-

ləşdirilmiş  mülahizələr  verilir.  Bu  qrup  sistemlərdə,  adətən,  yaxşı  inkişaf  etmiş  hesablama  və 

məntiq qurğuları olmalıdır. 

 

Təsvirləri tanıma sistemləri (TTS) ölçmə informasiyasını emal yolu ilə sistemin çıxışında 

təsvirləri təsnif etmə nəticələrinin alınmasına imkan verir. 

 

İÖS-nin  əsas  növü  ölçmə  sistemləridir.Ölçmə  sistemləri  də  avtonom  və  ya  texnoloji 



proseslərin  avtomatlaşdırılmış  idarəetmə  sistemlərinin  (TPAİS),  yaxud  daha  yüksək  səviyyəli 

İÖS-nin  tərkib  hissəsi  ola  bilər.  Ölçülən  kəmiyyətlərin  miqdarı  nisbətən  az  olduqda,  ölçmə 

dəqiqliyinə  tələbat  böyük  olmadıqda  və  verilənlərin  ötürülmə  məsafələri  kiçik  olduqda  yalnız 

vericilərdən və analoq hissədən ibarət analoq ÖS tətbiq edilir. 

 

Ölçmə nəticələrinin uyğun emalından sonra və bir sıra əlavə verilənlər olduqda avtomatik 



nəzarət,diaqnostika və təsvirləri tanıma nəticələri alına bilər. 

 

Tədqiq edilən obyektə qədər olan məsafədən asılı olaraq İÖS – yaxın və uzaq məsafədə 



təsir  edən  sistemlərə  və  ya  teleölçmə  sistemlərinə  (TÖS)  ayrılır.Teleölçmə  sistemlərinin  əsas 

fərqləndirici  əlaməti  onlarda  əlavə  olaraq  rabitə  kanalları  xarakteristikasının  nəzərə  alınması 

tələbatıdır. 

 

Tədqiq  olunan  obyektlə  qarşılıqlı  əlaqəsinə  görə  sistemlərin  strukturu  passiv  və  aktiv 



sistemlərə ayrılır.Passiv sistemlər yalnız obyektdən informasiyanı qəbul edir.Aktiv obyektlər isə 

obyektə xarici təsiretmə qurğuları vasitəsilə təsir etməklə onun vəziyyətinin avtomatik olaraq və 

daha  dolğun  öyrənilməsinə  imkan  verir.  Bu  cür  strukturlardan  elmi  tədqiqatların 

avtomatlaşdırılması üçün istifadə olunur. 

 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin