Mühazirə konspekti


 STANDARTLAŞDIRMANIN MAHİYYƏTİ VƏ PRİNSİPİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   21
Elektrik-ölçmələri-mühazirə

 

14. STANDARTLAŞDIRMANIN MAHİYYƏTİ VƏ PRİNSİPİ 

 

Məhsulun keyfiyyətinin  yüksəldilməsini təmin edən əsas vasitələrdən biri  standartlardır. 



Standartlaşdırma  sahəsində  əsas  termin  və  anlayışları  standartlaşdırmanın  elmi  prinsiplərini 


öyrənən  İSO  komitəsi  müəyyənləşdirir.  Standartlaşdırma-funksional  istismar  şəraitini  və 

təhlükəsizlik tələblərini gözləmək şərti ilə ümumi optimal qənaət əldə etmək üçün bütün maraqlı 

tərəflərin  xeyrinə  və  onların  iştirakı  ilə  müəyyən  sahədə  fəaliyyətin  nizamlanması  məqsədi  ilə 

qaydaların müəyyən edilməsi və tətbiqidir.  

Standartlaşdırma, elm, texnika və təcrübənin  vəhdətinə əsaslanaraq sənayenin  yalnız bu 

gününü  deyil,  eyni  zamanda  onun  gələcək  perspektivlərini  müəyyən  edir.  Beləliklə, 

standartlaşdırma, məmulun optimal keyfiyyət göstəricilərini, məhsuldarlığın artırılmasını, maddi 

sərvətlərin  qənaətlə  istifadə  edilməsini  texniki  təhlükəsizlik  qaydalarını  gözləməklə  təmin  edir, 

mütləq qaydaları, normaları və tələbləri təyin edir. Standartrlaşdırma nəticəsində müəyyən edilmiş 

normaların,  qaydaların,  tələblərin,  üsulların,  terminlərin  və  işarələrin  elmdə,  texnikada,  kənd 

təsərrüfatında,  tikintidə,  nəqliyyatda,  səhiyyədə,  beynəlxalq  ticarətdə  və  s.  tətbiq  edilməsinin 

müstəsna əhəmiyyəti vardır.  

Standartlaşdırma,  elmi  texniki  və  iqtisadi  tərəqqinin  sürətlənməsinə  ciddi  təsir  edən 

vasitədir. O, elm və texnikanın nailiyyətlərinin istehsalatda geniş tətbiqinə şərait yaradır, maşın 

detallarının, yığım vahidlərinin, qovşaqların və s. qarşılıqlı əvəzolunmasını təmin edir, məhsulun 

keyfiyyətini  beynəlxalq  nümunələr  səviyyəsində  saxlamağa  şərait  yaradır.  Standartlaşdırma, 

maksimum  səmərə  əldə  etmək  üçün  minimum  şərtlərin  elmi  cəhətdən  əsaslandırılaraq  təyin 

olunmasıdır. Standart - standartlaşdırılan obyektə kompleks normalar, qaydalar müəyyən edən və 

səlahiyyətli orqanlar tərəfindən təsdiq edilən, standartlaşdırmanın normativ texniki sənədidir. 307 

Standartlaşdırma üzrə normativ sənəd -müəyyən növ fəaliyyətin, yaxud onun nəticələrinin ümumi 

olan  icra  və  istifadə  norma,  qayda  və  xarakteristikalarını  əks  etdirən  normativ  hüquqi  aktdır. 

Standartlaşdırma obyekti-standartlaşdırılacaq və ya standartlaşmaya məruz qalmış məhsul, iş və 

xidmətdir.  

Azərbaycan 

Respublikasının  dövlət  standartı  -  Azərbaycan  Respublikasının 

Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi  tərəfindən  təsdiq  edilmiş  milli 

standartdır.  Sahə  standartı-Azərbaycan  Respublikasının  nazirliyi  (idarəsi)  tərəfindən  təsdiq 

olunmuş  standartdır.  Müəssisə  standartı-müəssisə  tərəfindən  təsdiq  olunmuş  və  ancaq  həmin 

müəssisədə  tətbiq  olunan  standartdır.  Texniki  şərtlər-sifarişçi  müəssisə  (istehlakçı)  ilə 

razılaşdırılmış və istehsalçı müəssisə tərəfindən təsdiq edilmiş konkret məhsula (xidmətə) aid olan 

normativ  sənədlərdir.  Dövlətlərarası  standart  (ГОСТ)-standartlaşdırma,  metrologiya  və 

sertifikatlaşdırma  üzrə  birgə  siyasət  aparma  haqqında  müqavilə  bağlayan  dövlətlər  tərəfindən 

bilavasitə qəbul və tətbiq edilən standartdır. Milli standart-hər hansı bir ölkənin standartlaşdırma 

üzrə  milli  orqanı  tərəfindən  qəbul  edilmiş  standartdır.  Standartlar  toplusu-qarşılıqlı  əlaqəli 

standartlaşdırma obyektləri üçün uyğun tələblər irəli sürən və ümumi məqsədə yönəlmiş qarşılıqlı 

əlaqəli  standartlar  yığımına  deyilir.  Beynəlxalq  standartlaşdırma-bütün  ölkələrin  uyğun 

orqanlarının iştirakı üçün açıq standartlaşdırmadır. Regional standartlaşdırma-dünyanın müəyyən 

bir coğrafi və ya iqtisadi reqionunda yerləşən ölkələrin uyğun orqanlarının iştirakı üçün açıq olan 

standartlaşdırmadır.  

Milli standartlaşdırma-konkret bir ölkə səviyyəsində həyata keçirilən standartlaşdırmaya 

deyilir.  Təhlükəsizlik-ziyan  ehtimallı  yolverilməz  riskin  olmamasına  deyilir.  İnsanların 

sağlamlığının  qorunması-insanların  sağlamlığının  məhsulların,  proseslərin,  xidmətlərin  və  ətraf 

mühitin  ziyanlı  təsirindən  mühafizəsinə  deyilir.  308  Ətraf  mühitin  qorunması-ətraf  mühitin, 

məhsulların,  proseslərin  və  xidmətlərin  ziyanlı  təsirindən  mühafizəsinə  deyilir.  Uyğunluq-

məhsulların, proseslərin və xidmətlərin xoşagəlməz qarşılıqlı təsir yaratmadan, verilmiş şəraitdə 

qəbul  olunan  tələbləri  ödəməklə  birgə  istifadələrinə  yararlılığa  deyilir.  Standartların  (texniki 

şərtlərin)  tətbiqi-standartlardan,  (texniki  şərtlərdən)  tətbiq  və  təsir  sahəsinə  uyğun  olaraq 

standartlarda  (texniki  şərtlərdə)  müəyyən  edilmiş  tələblərə  əməl  etməklə  istifadəyə,  eləcə  də 

standartlardan (texniki şərtlərdən) sorğu - məlumat məqsədilə istifadə etməyə deyilir. Beynəlxalq, 

regional və ya başqa ölkənin milli standartının tətbiqi - beynəlxalq, regional və ya başqa ölkənin 

milli  standartının  mətninin  tamamilə  və  ya  bir  hissəsinin  standartlaşdırma  üzrə  milli  normativ 

sənədlərə daxil edilməklə istifadəsinə deyilir.  





Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin