Mühazirə konspekti


 İNFORMASİYA-ÖLÇMƏ SİSTEMİNİN ÜMUMİLƏŞDİRİLMİŞ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   21
Elektrik-ölçmələri-mühazirə

13. İNFORMASİYA-ÖLÇMƏ SİSTEMİNİN ÜMUMİLƏŞDİRİLMİŞ 

STRUKTUR SXEMİ 

 


 

İnformasiya-ölçmə  sistemlərinin  əsas  funksiyalarına  –  tədqiqat  obyektindən  ölçmə 

informasiyasının alınması,onun emalı, informasiyanın operatora və yaxud kompyuterə verilməsi, 

tədqiqat  obyektinə  idarəedici  təsirlərin  formalaşdırılması  və  s.  əsasən  onların  ümumiləşdirilmiş 

struktur sxemini şəkil 13.1-də göstərilmiş sxem kimi təqdim etmək olar. 

 

Şəkil 13.1. İnformasiya – ölçmə sisteminin ümumiləşdirilmiş struktur sxemi 

 

 

Sxem aşağıdakı qurğulardan təşkil olunmuşdur: 



1) ölçmə  qurğusu  –  buraya  ilkin  və  ikinci  ölçmə  çeviriciləri,  ölçü  ilə  müqayisə,  kvantlama, 

kodlama əməliyyatlarını yerinə yetirən ölçmə qurğuları,eləcə də kommutator daxildir

2) ölçmə  informasiyasını  müəyyən  alqoritm  (izafiliyin  ixtisarı,  riyazi  əməliyyatlar, 

modulyasiya və i.a.) üzrə emal edən qurğu

3) informasiyanı yadda saxlama qurğusu

4) informasiyanı reqistrator və yaxud indikator şəklində təqdimetmə qurğusu

5) İÖS-nin bütün qovşaqlarının qarşılıqlı təsirini təşkil edən idarəetmə qurğusu

6) stimullaşdırıcı təsir generatorları da daxil olmaqla obyektə təsiretmə qurğusu. 

İnformasiya  İÖS-dən  operatora  verilə  və  yaxud  kompyuterə  daxil  ola  bilər.  Operator  və 

kompyuter sistemin iş proqramını dəyişməklə idarəetmə qurğusuna təsir edə bilər. Bir sıra İÖS-də 

bəzi  qurğular  və  əlaqələr  olmaya  və  yaxud  dəyişdirilə  bilər.  Məsələn,  obyektə  təsiretmə, 

informasiyanı  saxlama  və  emal  qurğuları  olmaya  bilər.  İÖS-in  tərkibində  kompyuter  olduqda 

informasiya bu kompyuterə bilavasitə emal və yaxud (və) saxlama qurğularından daxil ola bilər. 

 

İnformasiya  qəbulediciləri  və  ötürücüləri  olan  funksional  qovşaqlar  (FQ)  arasında 



informasiyanın ötürülməsinin təşkili üsulundan asılı olaraq İÖS-nin zəncirvari, radial və maqistral 

strukturları vardır. 

 

Zəncirvari strukturlu İÖS-də informasiya bir FQ-dan digərinə ardıcıl olaraq ötürülür (şəkil 

13.2). 


 

Şəkil 13.2. Verilənlərin ötürülməsinin zəncirvari struktur sxemi 

 

Bütün  FQ-lar  giriş  siqnalları  üzərində  qabaqcadan  verilmiş  əməliyyatı  yerinə 



yetirirlər.Belə strukturlu İÖS nisbətən sadədir,lakin onun funksional imkanları məhduddur. 

 

Radial strukturlu İÖS-də (şəkil 9.3)  FQ-lər  arasında siqnalların mübadiləsi  mərkəzi  idarəetmə 

qurğusu – kontroller vasitəsilə  yerinə  yetirilir. Kontroller  FQ- lərin  iş  rejimlərini verir, qarşılıqlı 

təsirdə olan FQ-lərın sayını və tərkibini, eləcə də onlar arasında əlaqələri dəyişir ki,bu da İÖS-nin 

funksiyalarının dəyişməsinə səbəb olur. Bu strukturda hər bir FQ kontrollerə özlərinin fərdi şinləri 



ilə  qoşulur.Radial  strukturun  çatışmayan  cəhəti  FQ-ların  sayı  artdıqda  kontrollerin  mürək-

kəbləşməsidir. 

 

 

 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin