Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   21
Elektrik-ölçmələri-mühazirə

Şəkil 13.3. Verilənlərin ötürülməsinin radial  

struktur sxemi 

 

 

Maqistral strukturlu İÖS-də (şəkil 13.4) bütün FQ-lar üçün ümumi olan magistral vardır 

və  bu  magistralla  FQ-ların  qarşılıqlı  təsir  siqnalları  ötürülür.Belə  struktur  sistemdə  funksional 

qovşaqların sayını asanlıqla artırmağa imkan verir. 

 

Şəkil 13.4. Verilənlərin ötürülməsinin magistral struktur sxemi 

 

Radial-zəncirvari  və  radial-magistral  strukturlar  da  mövcuddur  ki,  bunlar  da  baxılan 



strukturların kombinasiyasından ibarətdir. 

 

İÖS  ilə  ölçülən  və  nəzarət  olunan  fiziki  kəmiyyətlər  olduqca  müxtəlifdirlər.  İÖS-in 



universal,yəni müxtəlif kəmiyyətlərin ölçülməsi və nəzarət olunmasından ötrü yararlı olması üçün 

ölçülən    və  nəzarət    olunan  kəmiyyətlər  unifikasiya  olunmuş  elektrik  siqnalları  kimi  təqdim 

olunurlar. İÖS-də aşağıdakı unifikasiya olunmuş siqnallar istifadə olunur: 

        1) Parametrləri (ani, orta, təsiredici qiymət,tezlik, period, faza sürüşməsi və i.a) informativ 

olan  sabit  və  dəyişən  cərəyan  və  gərginliklər  şəklində  olan  fasiləsiz  siqnallar.Bəzi  fasiləsiz 

unifikasiya  olunmuş  siqnalların  parametrlərinin  dəyişmə  diapazonu  müvafiq  standartlarla 

normalaşdırılır.Bu  siqnallar  normalaşdırılmış  siqnallar  adlanır.Siqnalların  parametrləri  normal 

səviyyəyə  normalaşdırıcı ölçmə çeviriciləri ilə  gətirilir. 

        2)  Parametrləri  (amplituda,tezlik,impulsların    və  ya  intervalların  müddəti)  informativ  olan 

sabit cərəyan impulsları seriyası şəklində olan impuls siqnalları. 

       3)  Sabit  cərəyan  və  gərginlik  impulsları  şəklində  olan  kod-impuls  siqnalları.Bu  siqnalların 

kombinasiyası kodlaşdırılmış ölçülən kəmiyyətin qiymətlərini verir. 

 

Bu  və  ya  digər  unifikasiya  olunmuş  siqnalların  istifadə  olunması  İÖS-nin  tələb  olunan 



xarakteristikalarından,rabitə  kanalının  növündən,ölçmə  informasiyasının  təqdim  olunma  for-

masından (analoq və yaxud rəqəm), istifadə olunan element bazasından və s. asılıdır. 

 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin