Mühazirə konspekti


 DÖVLƏT STANDARTLAŞDIRMA SİSTEMİNİN  ÜMUMİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   21
Elektrik-ölçmələri-mühazirə

15. DÖVLƏT STANDARTLAŞDIRMA SİSTEMİNİN  ÜMUMİ 

XARAKTERİSTİKASI 

 

Azərbaycan 



Respublikasının  dövlət  standartları  Azərbaycan  Respublikasının 

standartlaşdırma  təşkilatlarının  plan  tapşırıqları,  texniki  komitələrin  proqramları  (planları)  və 

standartların  işlənib  hazırlanması  müqavilələrinə  uyğun  olaraq  həyata  keçirir.  Standartların 

işlənməsində Azərbaycan Respublikasının qüvvədə olan qanunları, Azərbaycan Respublikasının 

dövlət  standartlaşdırma  sisteminin  standartları  və  standartlaşdırma  üzrə  normativ  sənədlər, 

həmçinin standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların sənədləri və AZS 1.0 nəzərə 

alınmalıdır.  Standartlar  işlənərkən  müəssisələrin  apardığı  elmi-tədqiqat,  təcrübi-  konstruktor, 

təcrübi-texnoloji, layihə  işlərinin,  patent tətqiqatlarının  nəticələrindən, həmçinin  elm və  texnika 

sahəsində xarici ölkələrin məlumatlarından istifadə olunur.  

Standart  adətən  aşağıdakı  mərhələlərlə  işlənib  hazırlanır:  1-ci  mərhələ  -  standartın 

işlənməsinin  təşkili;  2-ci  mərhələ-standart  layihəsinin  (ilk  redaksiya)  işlənməsi;  3-cü  mərhələ-

standart  layihəsinin  (son  redaksiya)  işlənməsi  və  təsdiq  üçün  təqdimi;  4-cü  mərhələ-standartın 

təsdiqi və dövlət qeydiyyat; 5-ci mərhələ-standartın nəşri.  

Standartların  tərtibi,  şərhi,  rəsmiləşdirilməsi,  məzmunu  və  işarələnməsi  AZS  1.5  üzrə 

aparılır. Standartların işlənməsindən qabaq, adətən, layihəçiyə (TK və ya müəssisəyə), ona təhkim 

edilmiş standartlaşdırma obyektləri üzrə standartların işlənməsi üçün sifariş hazırlanır və təqdim 




edilir. Sifarişləri TK-yə müəssisə, şəxsi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar, Azərbaycan 

Respublikasındakı idarəetmə orqanları təqdim edə bilərlər. Sifarişin hazırlanması və baxılması, 

Azərbaycan Respublikasının dövlət standartlarının illik planının formalaşması, 332 standartların 

işlənməsi üçün müqavilə bağlanması ARMSPDK tərəfindən qoyulmuş qaydalarla həyata keçirilir.  

Layihəçi  standartın  layihısinin  işlənməsini  təşkil  edir  və  müqaviləyə  əsasən  verilmiş 

müddət  ərzində  standartın  mərhələlərinin  yerinə  yetirilməsi  vaxtını  müəyyənləşdirir.  TK-nın 

(müəssisə) işçi qrupu standartın layihəsini və ona izahedici qeydi hazırlayır.  

Standart  layihəsi  üçün  izahedici  qeyddə  aşağıdakılar  göstərilir:  -  müvafiq  sənəd  təqdim 

etməklə  standartın  işlənməsi  üçün  əsas;  -  standartlaşdırma  obyektinin  qısa  xarakteristikası;  - 

standart  layihəsinin  beynəlxalq  (regional)  standartlara  və  başqa  ölkələrin  milli  standartlarına 

uyğunluğu haqqında məlumat; - standart layihəsinin patent təmizliyi haqqında məlumat; - standart 

layihəsinin standartlaşdırma üzrə başqa normativ sənədlərlə qarşılıqlı əlaqəsi və onların yenidən 

baxılması, dəyişdirilməsi və ya ləğvi barədə təkliflər; - standart layihəsinin rəy üçün göndərilməsi 

haqqında  məlumat,  həmçinin  ən  mühüm  nöqsanların  və  təşkilatların  (son  redaksiya  üçün) 

ümumləşdirilmiş  qısa  xarakteristikası;  -  əgər  razılaşdırma  aparılıbsa,  o  barədə  məlumat;  - 

informasiya mənbələri.  

Verilən təklifləri nəzərə  alaraq layihəçi  (TK) standartda ediləcək dəyişikliklər layihəsini 

(standarta yenidən baxılma təkliflərini) və ya standartın ləğv edilməsi təklifini işləyib hazırlayır 

və  göndərir.  ARSMPDK  isə  lazımi  qərar  qəbul  edir.  Məhsul  buraxılışı  (xidmət  göstərilməsi, 

proseslərin  aparılması)  dayandırıldıqda,  standartı  əvəz  edəcək  digər  normativ  sənəd  işlənib 

hazırlandıqda  və  başqa  xüsusi  hallarda  APSMPDK  aidiyyatı  standartın  ləğvini  həyata  keçirir. 

Standartda  dəyişiklik,  standartın  ayrı-ayrı  tələbləri  əvəz  və  ya  ləğv  olunduqda,  yaxud  standarta 

yeni  tələblər  əlavə  olunduqda  edilir.  335  Məhsul  standartında  dəyişiklik,  ona  yeni  məhsul  ilə 

qarşılıqlı  əvəzolunmasını  və  uyğunlaşmasını  pozmayan  yeni,  qabaqcıl  tələblər  əlavə  edildikdə 

aparılır. Standarta redaksiya və ya istinad xarakterli dəyişikliklər üçün müstəqil sənəd işlənilmir.  

Standartlara belə dəyişikliklər, məhsulun (xidmətin) keyfiyyəti ilə əlaqədar tələblərin əvəz 

edilməsi  (əlavə  edilməsi,  ləğv  olunması),  beynəlxalq,  regional  və  başqa  ölkələrin  milli 

standartlarının  istifadə  edilməsi  ilə  əlaqədar  daxil  edilir.  Standarta  edilmiş  hər  bir  dəyişikliyə 

ARSMPDK  sıra  nömrəsi  verir  və  bu  dəyişikliyin  qüvvəyə  minmə  tarixini  adətən  dəyişikliyin 

təsdiqindən  6  aydan  gec  olmayaraq  müəyyənləşdi-rirlər.  Standarta  yenidən  baxılanda  qüvvədə 

olan standartın əvəzinə yeni standart işlənib hazırlanır. Bu halda onun hansı standartı əvəz etdiyi 

göstərilir. Yeni standarta köhnə standartın işarəsi verilir və təsdiq olunma ilini göstərən iki axırıncı 

rəqəm dəyişdirilir. Yeni qabaqcıl tələblər, qüvvədə olan standart üzrə hazırlanan məhsula nəzərən 

yeni  məhsulun  qarşılıqlı  əvəzolunma  qabiliyyətini  və  (və  ya)  əsas  göstəricilərini  dəyişdirirsə, 

məhsulun standartına yenidən baxılır.  

Konkret  məhsulun  standartına  yenidən  baxıldıqda,  əgər  əvvəllər  buraxılmış,  istismarda 

olan məhsullar üçün ehtiyat hissələri hazırlanırsa və təmir işləri aparılırsa, qüvvədə olan standart 

ləğv edilmir. Bu halda layihəçi qüvvədə olan standarta dəyişiklik layihəsi hazırlayır və onun tətbiq 

sahəsini  müəyyənləşdirir.  Bu  standart  ancaq  istismarda  olan  məmulatın  təmiri  və  ehtiyat 

hissələrinin  hazırlanması  üçün  tətbiq  edilməlidir.  Bu  halda  belə  dəyişiklik  edilən  standartın 

qeydiyyat nömrəsi saxlanılır.  

Standarta  yenidən  baxıldığı  zaman  qarşılıqlı  əlaqəli  normativ  sənədlərin  də  ləğvi  və  ya 

yeniləşməsi üçün təkliflər hazırlanır. Layihəçi (TK) standartın ləğv edilmə təklifi ilə razılaşdıqda, 

müəssisə  rəhbərliyinin  və  ya  TK  sədrinin  imzası  ilə  1  nüsxədə  aşağıdakı  sənədləri  məktubla 

birlikdə ARSMPDK göndərir: - standartın ləğv edilməsi haqqında ETŞ (TK) iclasının protokolu, 

həmçinin onun əvəzinə hansı sənədin işlədilməsi və ya əvəzolunmadan ləğvi haqqında məlumat; 

336 - əvvəlcədən standartın razılaşdırıldığı və TK-nin üzvü olmayan dövlət nəzarət orqanlarının 

standartın ləğvinin mümkünlüyü ilə razılığını təsdiq edən sənədlərin əsli. ARSMPDK, standartın 

ləğvi  haqqında  sənədi  qeydiyata  alır  və  bu  məlumatı  “Azərbaycan  Respublikasının  dövlət 

standartı”  haqqında  məlumat  kitabçasında,  adətən  standartın  ləğvi  tarixindən  3  aydan  gec 



olmayaraq nəşr etdirir.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin