8. ELEKTRON OSSİLOQRAFLARI
Müxtəlif elektron siqnallarını müşahidə və qeyd etməyə, həmçinin siqnalların formasını,
qiymətini, zaman və tezlik-faza nisbətlərini müəyyən etməyə imkan verən parametrlərin öl-
çülməsinə xidmət edən cihazlar elektron ossiloqrafları adlanır.
Elektron ossiloqrafları elektron cihazlarının əsas üstünlüklərinə malikdir: giriş
müqavimətləri böyük, ətaləti kiçik, tezlik diapazonu genişdir.Gərginliyə həssas cihaz olduğuna
görə elektron ossiloqraflarından elektrik kəmiyyətlərini və elektrik siqnallarına çevrilən digər
fiziki kəmiyyətləri ölçmək üçün istifadə olunur. Elektron ossiloqrafı vasitəsi ilə bilavasitə
gərginlik, tezlik, faza, siqnalın forması təyin edilir (ölçülür). Onlar həmçinin müqavimətlərin,
konturların keyfiyyətinin, impuls və yüksək tezlikli siqnalların elektrik gücünün, eləcə də maqnit
və qeyri- elektrik kəmiyyətlərin ölçülməsində də geniş istifadə edilir.Bundan əlavə elektron
ossiloqrafları müqayisə ölçmə qurğularında sıfır-indikator kimi də işlədilə bilər.
Elektron ossiloqrafının iş prinsipinin əsası ondan ibarətdir ki, kəsilməyən siqnalları
müşahidə və tədqiq edərkən həmin siqnal şüanı şaquli meyletdirmə kanalının girişinə verilir.Giriş
kaskadı ossiloqrafın tədqiq olunan obyektə minimal təsirini və onun həssaslığının tənzim oluna
bilməsini təmin etməlidir.Giriş kaskadının çıxışından siqnal gərginlik gücləndiricisinə verilir.
Gücləndiricini elektron-şüa borusu ilə əlaqələndirmək üçün çıxış parafaz gücləndiricidən istifadə
olunur.
Ossiloqrafın açılış generatorunun yaratdığı xətti dəyişən gərginlik şüanı üfüqi istiqamətdə
meyletdirmə kanalının gücləndiricisi ilə gücləndirilir və çıxış parafaz gücləndiriciyə
verilir.Borunun ekranında tərpənməz təsvir almaq üçün açılış generatorunun tezliyi geniş tezlik
diapazonunda tənzim oluna bilər. Üfüqi meyletdirmə gücləndiricisinin tənzim olunması üfüqi ox
üzrə təsvirin miqyasını dəyişməyə imkan verir.
Elektron ossiloqrafının ekranında əyrinin formasına açılış gərginliyinin qeyri-xəttiliyi pis
təsir edir.Məhz açılış generatorunun əsas göstəricisini açıliş gərginliyinin yüksək xəttiliyi təşkil
edir. Ossiloqrafın ekranında tədqiq olunan siqnalın tərpənməz təsvirini almaq üçün şaquli
meyletdirici lövhələrə zaman ərzində xətti dəyişən gərginlik vermək lazımdır. Bu gərginlik açılış
generatoru tərəfindən yaradılır.Bu generatorlar açılışın buraxıla bilən qeyr-xəttiliyinə görə - dəqiq
(
%)
5
və adi (
%)
20
10 −
olurlar.
Tədqiq olunan siqnalın tezliyi ilə açıliş generatorunun tezliyi arasında tam nisbət alınması
üçün generator tədqiq olunan siqnalla sinxronlaşdırılır. Sinxronlaşdırıcı siqnal ossiloqrafın
sinxronlaşdırma bəndində yaranır.
Elektron ossiloqraflarında və digər ossiloqrafik qurğularda xətti açılışdan başqa sinusoidal,
dairəvi (elliptik), spiral açılış növlərindən də istifadə olunur.
Tədqiq olunan siqnalların əyrilərinin formalarını öyrənərkən xətti açılışdan istifadə
olunur.Ekranda tərpənməz təsvirin alınması şərti açılış gərginliyinin periodunun tədqiq olunan
siqnalın perioduna tam nisbətdə olmasıdır, yəni
T
a
/T = N ,
burada N – tam ədəddir.Əgər N = 1 olarsa,ekranda tədqiq olunan siqnalın bir periodunun təsviri
alınır, əgər N = 2 olarsa, iki periodun təsviri alınır və s.
Ossiloqrafın bəndləri stabilləşdirilmiş qida mənbəyindən qidalandırılır.
Ossiloqraflarda cərəyanı bilavasitə yox, ossiloqrafın lövhələrinə cərəyan mənbəyi ilə
ardıcıl qoşulmuş müqavimətdəki – şuntdakı gərginlik düşgüsünü ölçməklə təyin edirlər.
Gərginliyin amplitud qiyməti müəyyən olunur və məlum müqavimətə görə cərəyanın qiyməti
hesablanır. Sürətlə dəyişən prosesləri tədqiq etdikdə şuntun induktivliyini nəzərə almaq lazımdır.
Ölçülən cərəyanın qiyməti böyüdükcə şuntun induktivliyinin təsiri də artır. Böyük cərəyanları
ölçdükdə şox da kiçik olmayan şuntlardan istifadə edilir. Kiçik qiymətli cərəyanları ölçdükdə,
adətən,yüksək aktiv müqavimətli şuntlar tətbiq edilir. Buna görə induktivliyin təsirini nəzərə
almamaq olar. Lakin bu halda ossiloqrafın giriş tutumunun təsiri nəzərə alınmalıdır.
Ossiloqrafın köməyi ilə gərginlik və cərəyanın ölçülmə dəqiqliyi nisbətən yüksək
deyildir.Ona görə də əksər hallarda bu cür ölçmələrdən köməkçi ölçmələr kimi istifadə olunur.
Ossiloqraf vasitəsilə elektrik siqnallarının tezliyi və fazasının ölçülməsi də geniş tətbiq
olunur. Ümumi halda tezliyin ölçülməsi ölçülən siqnalın etalon tezlikli siqnalla müqayisəsi yolu
ilə aparılır. Sinusoidal formalı iki siqnalı Lissaju fiqurları metodu ilə müqayisə etdikdə daha dəqiq
nəticələr almaq olar. Bu metodla tezliyin müəyyən olunması ona əsaslanmışdır ki, istənilən Lissaju
fiquru tərəfləri uyğun olaraq müqayisə edilən rəqslərin amplitudlarına bərabər olan düzbucaqlının
daxilində yerləşir. Lissaju fiqurunun düzbucaqlının şaquli tərəflərindən biri ilə toxunma saylarının
(n) həmin fiqurun üfüqi tərəflərindən biri ilə toxunma saylarına (m) nisbəti müqayisə olunan
rəqslərin tezlik nisbətini xarakterizə edir.
Əgər ölçülən f
x
tezlikli gərginlik ossiloqrafın Y girişinə, məlum f
n
tezlikli gərginlik isə
X girişinə verilirsə,o halda
n
/
m
f
/
f
n
x
=
nisbəti alınır və buradan f
x
təyin edilə bilər. Adətən
müqayisə apardıqda nümunəvi generatorun tezliyini ölçülən rəqslərin tezliyinə bərabər götürməyə
çalışırlar; çünki bu halda fiqur sadə şəkildə (dairə,ellips,düz xətt) olur.
Zaman intervallarını ölçmək üçün zaman oxunu dərəcələməkdən ötrü zaman nişanları
generatorundan istifadə olunur.
Daha dəqiq ölçmələr üçün ekrana müvəqqəti kalibrləşdiricidən qeyd olunmuş nişanlar
verilir. Qeyd olunmuş nişanlar əvəzinə hərəkət edən nişanlardan istifadə etmək olar. Axırıncılara
bəzən stroblayıcı siqnal deyilir.
İmpulsun müddətini ölçmək üçün kalibrləşdirici nişanlar borunun lövhələrinə və ya
modullaşdırıcı elektroduna verilərək təsvirin üzərinə salınır.
Birşüalı elektron ossiloqraflarından başqa xüsusi ikişüalı elektron-şüa boruları əsasında iki
eynu və asılı olmayan “Y ” kanalı və bir ümumi “X” kanalı olan ikişüalı ossiloqraflar da hazır-
lanır. Hazırda xüsusi çoxşüalı ossiloqraflar da istehsal olunur.
Dostları ilə paylaş: |