Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrələrində gücün ölçülməsi elektrodinamik
Elektrodinamik vattmetrlər əldə gəzdirilən çoxhədli laboratoriya cihazları şəklində
yuxarıdan bir neçə kHs ilə məhdudlaşır. Tezliyin artması ilə sarğacların induktiv müqaviməti
Ferrodinamik vattmetrlərin dəqiqlik sinfi 1,5 və 2,5 – dir,lakin onların tezlik diapazonu
Sabit cərəyanın gücü dolayı yolla – ampermetr və voltmetrin köməyi ilə də ölçülə bilər.Bu
halda güc bu cihazların göstərişlərinin hasili ilə - P = İU ilə təyin olunur.
Gücü ölçmək üçün istifadə edilən elektron cihazları – elektron vattmetrləri gücü gərginliyə
çevirən ölçmə çeviricisinin əsasında qurula bilər. Ölçmə çeviricisinin çıxışında şkalası gücün
vahidlərində dərəcələnmiş maqnit-elektrik ölçmə mexanizmi yerləşdirilir.
Gücü ölçmək üçün müxtəlif prinsiplərdə qurulmuş rəqəm vattmetrlərindən də geniş istifadə
olunur. Belə vattmetrlər əsasən iki struktur üzrə qurulurlar:
- gücün aralıq analoq çeviriciləri ilə elektrik siqnalının informativ parametrinə və sonradan analoq-
kod çevrilməsi (şəkil 5.1 a);
- giriş siqnallarının informativ parametrlərinin koda çevrilməsi və nəticənin rəqəm hesablama
qurğuları vasitəsilə təyin olunması (şəkil 5.1 b).
Birinci struktur sxemdə güc ölçmə çeviricisi (GÇ) kimi yuxarıda nəzərdən keçirilən
çeviricilərdən biri istifadə edilə bilər. Çıxışda alınan gərginlik ARÇ vasitəsilə rəqəm formasına
çevrilir və nəticə rəqəm oxuma qurğusunda (ROQ) göstərilir.Bu struktur üzrə qurulmuş rəqəm
vattmetrləri elektrik ötürmə sistemlərində, təcrübi tədqiqatlarda,enerji obyektləri texnoloji
proseslərinin AİS-lərində, dispetçer idarəetmə sistemlərində və s. daha geniş istifadə ediliriər.
İkinci struktur üzrə qurulmuş sxemdə gərginliyin və cərəyanın ani qiymətləri u(t) və i(t)
gərginlik və cərəyan ARÇ-ləri (GARÇ və CARÇ) vasitəsilə rəqəm formasına çevrilir. Hesablama
qurğusunda (HQ) bu kodlar bir-birinə vurulur, orta qiymət təyin olunur və nəticə ROQ – a
çıxarılır.Bu metoddan alçaq və infraalçaq tezlikli siqnalları olan dövrələrdə gücün analoq-rəqəm
çevrilməsi üçün istifadə edilməsi daha məqsədəuyğundur.
Dostları ilə paylaş: