Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix07.04.2022
ölçüsü0,72 Mb.
#54897
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   21
Elektrik-ölçmələri-mühazirə

 

4.2. Cərəyanın ölçülməsi 

 

 

Cərəyanın ölçülməsinin bir sıra metodları vardır; birbaşa ölçmələrdən əlavə dolayı ölçmə 



metodları da geniş istifadə olunur. 

 

Cərəyanın  bilavasitə  ölçülməsi.  Bu  halda  ampermetr  cərəyanı  ölçüləcək  dövrənin 

kəsiyində ardıcıl olaraq qoşulur (şəkil 4.3. a). 

Tədqiq  olunan  dövrəyə  ampermetrin  qoşulması  ölçmə  nəticəsini  təhrif  edir.Belə  ki,  R

A

 

daxili  müqavimətli  (şəkildə  göstərilməmişdir)  ampermetrin  sxemdə  olması  ona  gətirir  ki, 



ampermetrsiz bu dövrədə axan  İ

x

 = U/R cərəyanının əvəzinə o, qoşulandan sonra  

)

R

R

/(

U

İ

A

1

+

=



 

cərəyanı axacaqdır. 

 

Şəkil 4.3. Cərəyanın bilavasitə (a) və dolayı (b) metodla ölçülməsi sxemləri 

 

 



Ölçmənin mütləq xətası    İ = İ

x

 – İ

 ampermetrin daxili müqaviməti  R

böyük olduqca 



çox olacaqdır. 

 

Elektron voltmetrinin köməyi ilə cərəyanın dolayı metodla ölçülməsi. Məlumdur ki,  Om 

qanununa  görə  elektrik  dövrəsinin  gərginliyi  ilə  cərəyanı  arasında  xətti  asılılıq  mövcuddur.Ona 

görə  də  6.7 b şəklindəki sxem  üzrə  cərəyanı  dolayı  metodla ölçmək olar.Etalon  rezistordakı  R

e

 

müqavimətində gərginliyi ölçməklə cərəyanı aşağıdakı ifadə ilə tapa bilərik: 



İ

x

 = U

e

/R

e

 , 


burada  U

e

 – voltmetrlə ölçülən gərginlik;  İ



– müəyyən olunan cərəyan; R



e

 – məlum nominallı 

etalon aktiv müqavimətdir. 

 

Lakin kiçik cərəyanların ölçülməsində bu metodika məqbul sayılmaya bilər. Bu halda ölçmə 



cihazlarında kiçik daxili müqavimətli giriş gücləndirici kaskadlı sxemlərdən istifadə edilir. 

 

Böyük  gücləndirmə  əmsalına  malik  gücləndiricilərin  tətbiq  edilməsi  çox  kiçik  qiymətli 



gərginlik və ya cərəyanları ölçməyə imkan verir. 

 

 



 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin