Ölçmə vasitələrinin şkalası-ölçülən kəmiyyətin ardıcıl qiymətəri sırasına uyğun olan işarə və rəqəmlərin məcmusudur.
Metroloji təcrübələrdən ölçü şkalalarının aşağıdakı beş növü məlumdur: adların şkalası,cərgə şkalası,intervallar şkalası,nisbətlər şkalası,mütləq şkalalar
Metroloji təcrübələrdən ölçü şkalalarının aşağıdakı beş növü məlumdur: adların şkalası,cərgə şkalası,intervallar şkalası,nisbətlər şkalası,mütləq şkalalar
1. Adların şkalası (təsnifat şkalası)
Bu cür şkalalar emorik obyektlerin sinifləşdirilməsi üçün istifadə edilir.Bu obyektlerin xassələri özünü ancaq ekvivalentlik münasibətində biruzə verir.Bu xassələri fiziki kəmiyyət hesab etmək olmaz.Odur ki,bu növ şkalalar sıfır və ölçü vahidləri olmur,burada həmçinin çox-az tipli münasibətlər yoxdur.Buna misal kimi rənglərin şkalasını göstərmək olar.
2.Cərgə şkalası (ranqlar şkalası)
Bu şkala vasitəsilə ölçülərin miqdarı haqqında ancaq sistemləşdirilmiş təsəvvür yaradan ən sadə ölçmə üsulunda tutuşdurulan ölçülərin bir-birinə nisbəti müəyyənləşdirilir
Baxılan ölçülərin müəyyən ardıcıllıqla (artma və ya azalma qaydası üzrə) düzülmə metodu bu ölçülərin ranqlaması adlanır.Ölçülərin ranqlama vasitəsilə alınan Q1 Q2 Q3 Q4 Q5... sırası cərgə şkalasını təşkil edir.Göründüyü kimi , cərgə şkalası
Baxılan ölçülərin müəyyən ardıcıllıqla (artma və ya azalma qaydası üzrə) düzülmə metodu bu ölçülərin ranqlaması adlanır.Ölçülərin ranqlama vasitəsilə alınan Q1 Q2 Q3 Q4 Q5... sırası cərgə şkalasını təşkil edir.Göründüyü kimi , cərgə şkalası
ölçülərin artma və ya azalması qaydasında qurula bilər
Cərgə şkalası üzrə ölçmələri yüngülləşdirmək üçün bu şkalada bir neçə nöqtəni dayaq (reper) nöqtəsi kimi qəbul edirlər.Məsələn , dayaq cərgəsi şkalasına görə biliyi aşağıdakı formada ölçürlər: qeyri-kafi, kafi,yaxşı,əla.Reper şkalasının nöqtələrinə müvafiq rəqəmlər qoyulur ki,onlarada bal deyilir.Ballar ölçüsüz rəqəmlərdir.Məsələn,zəlzələnin intensivliyi 12 ballı beynəlxalq seysmik MSK -64 şkalası üzrə, küləyin gücü isə plyonkaların həssaslığı, mineralın bərkliyi, dənizin coşma gücü və digər kəmiyyətlər ölçülür. Cərgə şkalasının mənfi cəhəti odur ki,reper nöqtələri arasındakı intervallar məlum deyil.Odur ki, balları toplamaq bir-birindən çıxmaq , bölmək olmaz.Bu baxımdan da təkmilləşdirilmiş şkala konkret intervallardan tərtib olunmuş şkala hesab edilir.Cərgə
şkalası üzrə aparılan ölçmələr az infarmativdir.Burada hansı ölçünün digər ölçüdən neçə dəfə böyük və ya kiçik olduğunu təyin etmək mümkün deyildir.
3. İntervallar şkalası (fərqlər şkalası)
Tutuşdurulan ölçülərin fərqini özündə əks etdirən şkalaya intervallar şkalası deyilir.
Ölçülərin qiymətlərini əks etdirən bu forma cərgə şkalasına nisbətən daha təkminləşdirilmiş şkaladır, çünki burada müəyyən intervallar vardır.Bu intervallar reper nöqtələri arasındakı hissələri ifadə edir. İntervallar şkalasında ölçülən kəmiyyətlərin özlərinin qiymətləri qeyri-məlum qalır,belə ki, burada ancaq tutuşdurulan ölçülərin fərqləri göstərilir.
Lakin intervallar şkalasının məlumatlarına görə ancaq bir ölçüsünün digərindən az və ya çox olduğunu bilməkdən başqa , bir ölçünün digərindən nə qədər fərqlənməsini də təyin etmək olar. Dərəcələnmə intervalar şkalasında hesablanmanın başlanğıcı istənilən kimi seçilir.Miqyas olduqda intervallar şkalası üzrə ölçmə dQ ij intervalında olan dərəcələrin sayını hesablamaqla həyata keçirilir. Deməli,dərəcə burada ölçü vahidi rolunu oynayır.
4.Nisbətlər şkalası
Bu elə ölçü şkalasıdır ki, onun köməyi ilə ölçülən kəmiyyətin ədədi qiyməti N müəyyən ölçünün Qi digər ölçüyə Qj riyazi nisbəti kimi təyin edilir.Qj ölçüsü əvəzinə qanuniləşdirilmiş ölçü vahidindən Q istifadə edilir. N=
N-in və ya Q= N q kəmiyyətinin ədədi qiymətlərinin artması və ya azalması üzrə nisbətlər şkalasının formalaşdırılması həmin şkalanın sıfırdan sonsuzluğadək hüdudlarda qurulmasıdır.İntervallar şkalasından fərqli olaraq nisbətlər şkalası mənfi qiymətlərə malik deyildir. Nisbətlər şkalası üzrə intervalın ölçülməsi aşağıdakı düstur üzrə həyata keçirilir;
Qi-Qj/Q=dN Q və ya Qi/Q-Qj/Q=dNQ
5.Mütləq şkalalar.
Bu şkalalar nisbətlər şkalasının malik olduğu bütün əlamətləri cəmləşdirən,lakin ölçü vahidlərinin birmənalı təyin edilməsinə imkan verən və qəbul edilmiş ölçü vahidləri sistemindən asılı olmayan şkalalardır.
İstifadə edilmiş ədəbiyyatlar: 1.Z.Y.Aslanov. Ölçmə prosesləri və ölçü texnikası. Dərs vəsaiti. Bakı. “Təhsil” NPM. 2003. 230 səh. 2.Məmmədov N.R.Metrologiya: Ali məktəblər üçün dərslik.-Bakı: Elm, 2009.-324s. Димов Ю.В.Метрология, стандартизация и сертификация: учебник для вузов/ Ю.В.Димов.-2-е изд. - СПб.: Питер,2006 3.Кукуш В.Д. Электрорадиоизмерения /В.Д. Кукуш. - М.: Радио и связь,1987 4.E.B. İsgəndərzadə, N.K. İsmayılov, F.H. Hacıyev. Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma // Bakı. "Vektor". 2015. 669 səh. 5.Z.Y.Aslanov və b. Sınaq və sınaq avadanlıqları: Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2011.