dırmaq üçün onu məhz şəxsiyyət baxımından
nəzərdən keçirmək
lazımdır.
Psixologiyada yaradıcılıq bir proses kimi uzun müddət əsasən
iki yolla öyrənilmişdir. Birinci yol yazıçıların, rəssamların,
bəstəkarların, alimlərin və b. ayrı-ayrı əsərlərinin və ya su-
rətlərinin yaradılmasına aid fıkir və mülahizələrini öyrənməkdən
ibarətdir. Onların sənətkarlıq məsələləri, xüsusilə əsər üzərində işi,
yaratdıqları surətlər və s. haqqında məktubları,
xatirələri və ya
məqalələrində bu baxımdan zəngin materiallar vardır. Bundan
başqa, hər bir yazıçı, rəssam, bəstəkar və ya aktyor müəyyən bir
əsər və ya surət üzərində işləyərkən
müxtəlif istiqamətlərdə
yaradıcılıq işi aparır. Bu materialların təhlili hər hansı bir surətin
və ya əsərin yaradılması prosesini aydınlaşdırmaq, yazıçı, rəssam,
bəstəkar
və
aktyorun
təxəyyülünün
xüsusiyyətlərini
müəyyənləşdirmək
baxımından
maraqlıdır.
Yaradıcılıq
proseslərinin öyrənilməsinin ikinci yolu bundan ibarətdir.
Beləliklə, psixologiyada yaradıcılıq prosesləri müxtəlif isti-
qamətlərdə öyrənilir. Həmin tədqiqatlar
təxəyyülün xüsusiy-
yətlərini aydınlaşdırmaq üçün xüsusi əhəmiyyətə malik olan
mühüm nəticələr çıxarmaq imkanı verir. Onlardan bəzilərini qeyd
edək:
a)
yaradıcılıq mürəkkəb prosesdir. Hər hansı bir surətin
yaradılmasında müxtəlif psixi proseslər (qavrayış, hafizə, tə-
fəkkür,
təxəyyül, nitq və s. iştirak edir. Lakin təxəyyül həmişə
digər psixi proseslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərsə də, yeni
surətlərin yaradılması bilavasitə onun funksiyasına daxildir.
b)
təxəyyül fəaliyyət prosesində formalaşır. O, özünün qu-
ruluşuna görə fəaliyyətin struktur xüsusiyyətlərini əks etdirir. Bu o
deməkdir ki, fəaliyytəin hər bir sahəsinin öz xüsusiyyətəlri vardır.
Ədəbi, musiqi, təsviri fəaliyyət sahələrini müqayisə etsək fikrimiz
aydın olar. Həmin fəaliyyət sahələrindən hər birinin özünəməxsus
xüsusiyyətləri, ifadə vasitələri vardır. Bundan asıiı
olaraq ədəbi
fəaliyyətdə təxəyyül bir xüsusiyyət, təsviri fəaliyyətdə isə başqa
xüsusiyyət kəsb edir.
74
downloaded from KitabYurdu.org
c) yaradıcılıq prosesində insanda özünü aktuallaşdırma tə-
ləbatı formalaşır. Görkəmli yazıçılar, alimlər və b. bu cəhətə
həmişə
diqqət yetirmiş, əməksevərliyin yaradıcı fəaliyyət sa-
həsində də böyük əhəmiyyətə malik olduğunu xüsusilə qeyd
etmişlər.
ç) bütün psixi proseslər şəxsiyyət xarakteri daşıyır. Bu ümumi
psixoloji qanunauyğunluq təxəyyüldə xüsusilə aydın
nəzərə
çarpır. Çünki, insanın öz şəxsiyyətini yaratdıbı surətlər vasitəsilə
ifadə etməsi üçün ən optimal şərait məhz yaradıcılıq prosesində
əmələ gəlir.
Yeni surətlərin yaradılması prosesində mənlik şüurunun
funksiyaları çoxcəhətlidir. Onların hamısı şəxsiyyətin yaradıcılıq
prosesində
özünü ifadə etməsi, özünü aktuallaşdırması, öz
yaradıcılıq meyllərini həyata keçirmək üçün ideal və model-lərin
seçilməsi ilə bağlıdır. Bu o deməkdir ki, şəxsiyyət amilini nəzərə
almadan təxəyyül surətlərini psixoloji baxımdan ətraflı təhlil
etmək olmaz.
Dostları ilə paylaş: