Beləliklə, temperament dedikdə insanın psixi fəaliyyətinin
dinamikasını müəyyən edən psixikanın fərdi-özünəməxsus
xassələri nəzərdə tutulur. Bu xassələr bərabər səviyyədə, müxtəlif
fəaliyyət növlərində, onların məzmunundan, məqsədindən və
motivlərindən asılı olmayaraq təzahür edir və yetkin yaşlarda da
sabit qalır. Onların
qarşılıqlı birləşməsi temperamentin tipini
səciyyələndirir.
1
"Temperament" sözünün latın dilindən hərfi tərcüməsi
"hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir. Qədim yunan hə-
kimi
Hippokrat (b.e.ə. V-IV əsrlər) temperament haqqında təlimi
elmə gətirmişdir. O, temperament dedikdə, həm insanın fərdi
anatomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə
tutmuşdur.
Hippokratın fikrincə, temperament bədəndə olan dörd
mayenin nisbətinin pozulması ilə müəyyən olunur. Həmin mayelər
qan (latınca "sanqvis") limfa (yunanca "fleqma"), öd (yunanca
xole) və ya qara öd (yunanca "melana xole") adla-nırdı.
Temperamentin dörd tipinin
Dostları ilə paylaş: