yoxdur, iki qardaşı var. Bu o deməkdir ki, onlar bir-birindən fərqli
mikromühitdə böyüyürlər.
Xarakterin tipik və fərdi əlamətləri vəhdətdədir.
Onlar hə-
mişə qarşılıqlı əlaqədədirlər. Xarakter əlamətləri müxtəlif və
çoxcəhətli olsa da, əksər hallarda onlann
biri və ya bir neçəsi
insanın qavranış və rəftarında daha qabarıq şəkildə özünü göstərir.
İnsanlar bir-birlərini xarakterizə edərkən bu cəhəti, adətən, nəzərə
alırlar: biz hər hansı bir şəxsi "mehriban" və ya "kobud adam"
kimi qiymətləndirdikdə onun müəyyən bir xarakter əlamətini
nəzərə çarpdırırıq.
Hələ XIX əsrin sonlarından etibrən psixiatrların diqqətini belə
bir
cəhət cəlb etmişdi ki, ayrı-ayrı adamların xarakterində
özlərinin zahiri əlamətlərinə görə hətta bəzən psixopatiyanı
xatırladan, əslində isə ondan fərqlənən
ifrat cəhətlər özünü
göstərir. XX əsrin 60-cı illərinin sonunda alman alimi
K.Leonqardın təklif etdiyi şəxsiyyətin aksentuasiyası
termini
müasir psixiatriyada və psixologiyada geniş yayılmışıdr.
Dostları ilə paylaş: