Hər şeydən əvvəl, qeyd edək ki, insanın kollektivə, başqa
adamlara, əməyə, özünə və əşyalara münasibətlərini ifadə edən
xarakter əlamətləri bir - biri ilə üzvi surətdə əlaqədardır.
Məsələn, müəyyən olunmuşdur ki, özünə hörmət etməyən
adam başqalarına da hörmət etmir. İnsan xarakterinin
bütövlüyündən danışanda, adətən-xarakter əlamətlərinin qar-
şılıqlı əlaqədə olmasını nəzərə alırlar. Bununla əlaqədar olaraq
tərbiyə nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olan iki
məsələni qeyd etmək lazımdır.
1.
Tutaq ki, uşaqda kobudluq kimi xarakter əlaməti özünü
göstərir. Tərbiyəçi (ana və ya müəllim) bu mənfi cəhəti aradan
qaldırmaq üçün onda nəzakətlilik kimi müsbət xarakter əlaməti
tərbiyə etməyə çalışır. ilk baxışda, tərbiyəçi məsələyə düzgün
yanaşır. Psixoloji baxımdan isə ona haqq qazandırmaq olmaz.
Çünki kobudluq uşağın başqa insanlara münasibəti ilə bağlıdır.
Kobudluğu aradan qaldırmaq üçün onun, birinci növbədə,
insanlara münasibətini dəyişmək lazımdır.
2.
İnsanın xarakteri dəyişirmi? İnsanın başqa adamlara,
əməyə, özünə və əşyalara münasibəti dəyişdikcə, onun xa-
rakteri də dəyişir. Xarakter əlamətləri yalnız uşaq yaşlarında
deyil, bütün ömür boyu inkişaf edir və tərbiyə olunur. Adamla-
rın böyük əksəriyyəti öz xarakterlərində 25-55 yaşlar arasında
müəyyən dəyişikliklər baş verdiyini qeyd edirlər.
Xarakter əlamətlərini
Dostları ilə paylaş: