dərinliyi və s. kimi fərdi psixi xüsusiyyətlər xarakter əlaməti
deyildir.
Xarakter dedikdə psixologiyada konkret
şəxsiyyət üçün tipik
olan fəaliyyət tərzində təzahür edən, tipik şəraitdə üzə çıxan və
şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən
özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin
məcmuyu nəzərdə
tutulur.
1
Şəxsiyyətin münasibətləli xarakter əlamətlərinin fərdi
özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir.
Bir tərəfdən hər bir tipik şəraitdə emosional həyəcanların fərdi
özünəməxsusluğu
şəxsiyyətin
münasibətlərindən
asılıdır.
Xarakterin hər bir xüsusiyyəti məhz belə tipik şəraitdə özünü
büruzə verir.
Digər tərəfdən, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən
davranış formasının özünəməxsus fərdi
xüsusiyyətləri və onun
münasibətindən asılıdır.
"Xarakteristika" sözünü insanın fərdi xüsusiyyətlərini təsvir
etmək üçün ilk dəfə yunan filosofu Teofrast (b.e.ə. 4-3-cü əsrlər)
işləmişdir. Lakin onun işlətdiyi "xaraukteristika" terminində
insanın yalnız əxlaqi simasının təsviri verilirdi. "Xarakter" sözünü
Labryuyur də (XVII əsr) elə bu mənada işlətmişdir.
Məşhur
Azərbaycan alimi N.Tusinin "Əxlaqi-Nasiri" əsəri də insan
xarakterləri sahəsində incə müşahidələrlə zəngindir. Beləliklə,
xarakter
sözü başlanğıcdan insanın sosial-əxlaqi simasını əks
etdirən bir anlyaış kimi işlədilmiş
və bu mənada orqanizmin
xassələrindən asılı olan temperamentə tamamilə zidd məna kəsb
etmişdir. XIX əsrdən başlayaraq xarakter sırf psixoloji planda ya
ağlın, hissin və iradənin (A. Ben), ya hiss və iradənin (Ribo), ya da
təkcə iradənin (P.F. Lesqaft) fərdi xüsusiyyətlərini bildirən bir
məfhum kimi işlənmişdir. XX əsrdə xarakter anlayışı altmda
psixikanın ayrı-ayrı sahələrinin
xüsusiyyətəlri deyil, şəxsiyyətin
bütün xassələri nəzərdə tutulmuşdur. Bu xassələr, öz növbəsində,
şəxsiyyətin müxtəlif istiqa-
Dostları ilə paylaş: