MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Yeniyetməlik və böyük məktəbli yaşı dövründə qabi-



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə70/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   63   64   65   66   67   68   69   70   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

Yeniyetməlik və böyük məktəbli yaşı dövründə qabi-
diyyətlərin bəzi inkişaf xüsusiyyətləri. 
Yeniyetməlik yaşı dövründə özünün əqli qabiliyyətlərinin 
inkişafı etibarı ilə həmyaşıdlarından fərqlənən xeyli şagirdə 
təsadüf olunur.Belə şagirdlərin iki tipi diqqəti daha çox cəlb edir; 
onların bir qismi maraqlara və ətrafdakı adamlara münasibəti 
etibarilə daha çox kiçik məktəbliyə bənzəyər. Dərsi asanlıqla başa 
düşür, məsələni daha asan yolla həll edir, lakin özünü sadəlöv 
aparır, aşağı qiymət alanda ağlayır, qızlarla kiçik uşaq kimi 
vuruşur, bütün fənlərlə eyni dərəcədə maraqlanır; digər qismi isə 
özünü əslində böyük məktəbli kimi aparır; müəllimlərin bir çox 
məsləhətlərinə əməl etmir, dərsdə bə'zən kanar işlərlə məşğul 
olur, ancaq maraqlandığı fənnə xüsusi diqqət yetirir, həmin fənnə 
aid əlavə ədəbiyyat oxuyur, xüsusi dəftər tərtib edir. 
Böyük məktəbli yaşında da biz bu sahədə maraqlı hallarla 
rastlaşırıq. Onlardan biri aşağıdakından ibarətdir; aşağı siniflərdə 
öz həmyaşıdlarından fərqlənməyən bə'zi şagirdlərdə güclü 
intellekt əlamətləri özünü göstərməyə başlayır. Onlar birdən-birə 
yaxşı oxumağa başlayırlar. Məyyən bir elm, ədəbiyyat və 
incəsənət sahəsi ilə daha çox maraqlanır, həmin sahə ilə saatlarla 
məşqul olurlar. 
Yeri gəlmişkən onu da qeyd edə bilərik ki, görkəmli 
adamların bir çoxunu kiçik yaşlarında valideynlər və müəlimlər 
adi uşaqlar hesab etmiş bir çoxunu "tənbəl", "qabiliyyətsiz" 
adlandırmışlar. 
Tərbiyə işi sahəsindəki bu nöqsanlar ondan irəli gəlir ki, 
müəllimlər çox vaxt uşaqların qabiliyyətləri haqqında təkcə təlim 
müvəffəqiyyətinə 
görə 
mühakimə 
yürüdürlər. 
Halbuki 
qabiliyyətlərin müxtəlif inkişaf variantları vardır. Psixi inkişafın 
qeyri-bərabər xarakteri bu sahədə xüsusilə aydın nəzərə çarpır. 
99 
downloaded from KitabYurdu.org



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin