ründə qabiliyyətlərin formalaşması sahəsində köklü kəmiyyət və
keyfiyyət dəyişikləri baş verir. İstər
məktəbəqədər və kiçik
məktəbli, istərsə də yeniyetməlik və erkən gənclik yaşı dövrlə-
rində ümumi və xüsusi qabiliyyətlər iki istiqamətdə-makro və
mikro istiqamətlərdə inkişaf edir.
Biz makro inkişaf dedikdə,
qabiliyyətlərin müəyyən bir yaş dövründə qarşılıqlı əlaqədə
inkişafını nəzərdə tuturuq.
Mikro inkişaf dedikdə isə ayrı-ayrı qabiliyyətlərin öz-
özlüyündə inkişafı prosesi nəzərdə tutulur. Bu mənada biz obrazlı
təfəkkür, yaradıcı təxəyyül və s. kimi qabiliyyətlərin inkişafından
danışırıq. Qabiliyyətlərin makro və mikro inkişafı
bir-biri ilə
vəhdət təşkil edir.
b) Hər bir yaş dövrünün öz xüsusiyyətləri vardır. Kiçik
məktəblinin bilik sahələrinə marağı yeniyetmənin xüsusi fəallığı
və meyllərinin genişliyi, böyük məktəblinin özünü şüurlu
surətdə
tənzimetmək meyli - bunların hamısı bu və ya digər yaş dövrünün
səciyyəvi xüsusiyyətləri kimi qabiliyyətlərin formalaşmasına
mühüm tə'sir göstərir. Bu xüsusiyyətləri nəzərə almadan
qabiliyyətlərin inkişaf xüsusiyyətlərini düzgün qiymətləndirmək
olmaz.
Psixi inkişaf qeyri-bərabər xarakter daşıyır. Ayrı-ayrı yaş
dövrlərində psixi inkişafın
sürətlənməsi və ya ləngiməsi , göz-
lənilmədən yüksəlməsi və ya geriləməsi müşahidə olunur.başqa
sözlə, eyni yaşlı uşaqların psixi inkişafı bir variantda deyil,
müxtəlif variantda özünü göstərir. Qabiliyyətlərin inkişafı
prosesini bu istiqamətdə xarakterizə etmək üçüi bəzi məsələlərlə
tanış olaq.
Dostları ilə paylaş: