Yaradıcı tə-
xəyyül
Rəng
fərqlə-
qdirmə
həssas-
lığı
Texniki
təfəkkür
Ekspressiv
Lüğət ehtiya-
tının zənginliyi
və ifadəli nitq
Yaradıcı
təxəyyül
Təşkilatçılıq
qabiliyyətləri
Söz
assosiasi-
yalarının zən-
ginliyi
Obrazlı təfəkkür
Əgər ayrı-ayrı fəaliyyət sahələri üçün zəruri olan qabiliyyətləri
müqayisə etsək, aydın olar ki, hər bir fəaliyyət daxilində mahiyyət
e'tibarı ilə iki növ qabiliyyət təşəkkül tapır.
Bunlardan birincilər
psixologiyada
ümumi
qabiliyyətlər
, ikincilər isə
xüsusi
qabiliyyətlər
adlanır.
Ümumi qabiliyyətlər dedikdə bir sıra fəaliyyət sahələrində
iştirak edən onların bu və ya digər dərəcədə müvəffəqiyyətli icrası
üçün şərt olan qabiliyyətlər nəzərdə tutulur.
Ümumi qabiliyyətlər psixi proseslər əsasında formalaşır.
Qavrayış, hafizə təfəkkür və təxəyyül və s fəaliyyət prosesin-də
funksional cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir.
Xüsusi qabiliyyətlər isə yalnız müəyyən fəaliyyət növünün
müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlərə deyilir.
Hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə
icra etmək üçün həm
ümumi, həm də xüsusi qabiliyyətlərin olması zəruridir. Fəaliyyət
prosesində onların hər birinin öz funksiyası vardır.
Müasir psixologiyada qabiliyyətlərdən danışarkən istedad
probleminə də xüsusi diqqət yetirmək lazımdır.
İste'dad dedikdə qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin
müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi nəzərdə
tutulur.
Əgər müşahidəçilik, poetik ğörmə, surət hiss və
hərəkət.hafizə, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatının
zənginliyi
və ifadəli dil, söz assosiasiyalarının zənginliyi kimi
müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində üzvi surətdə birləşib
onu müvəffəqiyyətlə icra etməyə imkan
93
downloaded from KitabYurdu.org
verirsə, bu ədəbi istedaddır. Eyin sözlər istedadın başqa növ-
lərinə də aiddir.
Qabiliyyət və iste'dad əmək fəaliyyətinin konkret, tarixən
inkişaf etmiş formalarından təcrid olunmuş şəkildə edilə bilməz.
Onlar konkret tarixi dövrdə fəaliyyətin
ictimai cəhətdən
əhəmiyyətli olan hansı növlərinin təşəkkül etməsindən və
"fəaliyyətin müvəffəqiyyətli icrası" dedikdə hansı meyarın başa
düşülməsindən asılıdır.
İndi də psixologiyada qabiliyyətlərin ölçülməsi və əqli in-
kişaf əmsalını aydınlaşdıraq.
Qabiliyyətlər nəinki keyfiyyət, həm də kəmiyyət baxı-
mından bir-birindən fərqlənirlər. Qabiliyyətlərin ölçülməsi de-
dikdə onların kəmiyyət cəhətdən xarakterizə olunmasını nəzərdə
tuturlar.
Psixologiya tarixində ölçmə ilk dəfə hələ XVII əsrin 30-cu
illərində irəli sürülmüşdü. Psixometriya (
yunanca psushe-ruh,
metreo-ölçmə deməkdir)termini də məhz həmin illərdə əmələ
gəlmişdir. Bu haqda maraqlı fıkirlər irəli sürülsə də, qa-
biliyyətlərin ölçülməsi sahəsində ilk mühüm addım XIX əsrdə
atılmışdır.
XIX əsrin 70-ci illərindən başlayaraq ingilis alimi Haltonun
tədqiqatları həmin sahənin inkişafında mühüm rol oynamışdır.
Onun "Talantın irsiliyi" (1869), "İngilis alimləri: onların
təbiəti
və tərbiyəsi" ( 1874), "insan qabiliyyətlərinin və onların inkiş-
faının tədqiqi" (1883) və b. əsərlərində fərdi fərqlər psixolo-
giyası və testlər metodunun bir çox mühüm məsələləri ilk dəfə
özünün geniş əksini tapmışdır.
Halton 1884-cü ildə Londonda Beynəlxalq sağlamlıq sə-
rgisində Antropoloji laboratoriya təşikl etdi. Qısa müddətdə
həmin laboratoriyada 10 minə qədər adamın boyu, çəkisi və s. ilə
yanaşı olaraq müxtəlif
psixoloji xüsusiyyətləri, eləcə də
qabiliyyətləri də ölçüldü Halton bu sınaqları əqli testlər (ingiliscə
test-sınaq deməkdir) adlandırdı. Bütün psixoloji anlayışlardan
fərqli olaraq bu termin Qərb ölkələrində tezliklə kütləvi terminə
çevrildi.
94
downloaded from KitabYurdu.org
1904-cü ildə Fransada əqli cəhətdən geri qalan uşaqları
müəyyən etmək üçün komissiya yaradılmışdı. Komisiyaya Al-
fred Bine (1857-1911) başçılıq edirdi. O, 1903-cü ildə öz qızları
Armand və Marqerit üzərində apardığı tədqiqatları ümumi-
ləşdirərək məşhur əsəri -"intellektin eksperimental tədqiqi"
monoqrafiyasını nəşr etdidi.
Dostları ilə paylaş: