Mühazirə materialları Bakı 2019 Mövzu 1



Yüklə 0,73 Mb.
səhifə18/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   98
LM muhazire materiallari

Layihənin mühiti;


Layihələr müəyyən təsirə məruz qalan dinamik mühitdə yerinə yelirilir. Mühiti xarakterizə edən hər bir element - qanunlar, standartlar, inkişaf təməyüllü qüvvələr və s. layihələrin yaradılmasında və formalaşmasında müəyyən rol oynayırlar.

Layihələrin mühiti iki hissəyə bölünür:



  • daxili mühit

  • xarici və ya ətraf mühit.

Layihəyə bu mühitlərə məxsus olan parametrlər təsir göstərirlər. Ətraf mühit faktorlarına coğrafi, ekoloji, sosial, psixoloji, mədəni, siyasi, iqtisadi. maliyyə, hüquqi, təşkilati, texnoloji və estetik aspektləri misal göstərmək olar. Daxili mühit parametrlərinə isə layihədəki idarəetmə vasitələri, işlər, müqavilələr, iştirakçılar, onların münasibətləri və s. digər elementlər aiddir.

Hər bir mühit amilləri təhlil edilməli və əmsallandırılmalıdır ki, bu faktorların layihəyə təsir dərəcələri müəyyənləşdirilsin. Bu faktorlar layihəni dayanıqlıq vəziyyətindən çıxara bilər və müəyyən şəraitlərdə layihələrin dağılmasına səbəb ola bilər.

Bi neçə il əvvəl yaranmış müəssisələr zaman keçdikcə öz strukturunda müəyyən dəyişikliklər tələb edir. Hər bir dəvi§iklik layihə şəklində həyəla keçirilir. Beləliklə, hər bir dəyişikliyi həyata

keçirmək üçün yeni bir layihə yerinə yetirmək lazım gəlir. Bu səbəbdən həmin müəssissələr yeni layihələrin yaranmasını və tətbiqini tələb edirlər. Bu tələblər nəticəsində layihələr dünyaya göz açırlar.

Layihənin başlanma və son müddətləri olduğu üçün onun

«yaşayış dövrü» də mövcuddur. Əgər layihə yerinə yetirilməyə başlanmışdırsa onda deyirlər ki, layihə «yaşamağa başladı». Layihənin «yaşayış həyatı» sərbestdir. Layihə yerinə yetirilərkən onun iştirakçıları bütün qüvvələrini layihənin məqsədinə yönəldirlər. Onlar eyni problemlər daxilinda yaşayır və fəaliyyət göstərirlər. Böyük müəssisə strukturuna daxil olan hər bir kiçik müəssisə adətən layihə şəklində fəaliyyət göstərir.

Layihələrin yerinə yetirildiyi müddətdə müəssisə məhsul istehsal edir və öz işini normal şəkildə davam etdirir. Layihaə də müstəqil olaraq öz işini davam etdirir. Lakin layihə təşkilat tərəfindən kənar qüvva kimi təsirə məruz qalır. Bu labüd bir prosesdir və layihə məhz bu mühitdə yaşamalıdır. Ona görə də layihələri bu təsirlərdən uzaqlaşdırmaq və ya azad etmək olmaz.

Layihəyə ətraf mühit kimi təsir edən təşkilati amillari nəzərdən keçirək:




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin