Yenilik əlaməti. Hər bir layihə tədqiqat obyektidir və bu səbəbdən layihələrdə həmişə tədqiqat və inkişaf əlamətləri hiss olunur. Yenilik əlamətləri xüsusən təşkilati layihələrdə özünü daha çox biruzə verir. Zaman keçdikcə, ətraf aləm inkişaf etdikcə layihələr qarşısında tələblər dəyişir və müasirləşir. Müasir dövrümüzdə olan tələblər mütənasib olaraq layihələrdə öz əksini tapır. Bu səbəbdən hər bir yeni layihədə müasir dövrün tələblərinə cavab verən yeniliklər mövcuddur. Yenilik əlaməti hiss olunmayan layihələrin əksəriyyəti uğursuz və ya qısa müddətli olur.