Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı



Yüklə 462,34 Kb.
səhifə31/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

4.Həvəsləndirici vəzifəyə uyğun olaraq Həyat bilgisi dərslərində müəllim təbiət,bitki və heyvanlar,insan orqanizmi haqqında anlayışlar verməklə,mövzuların öyrənilməsinin əhəmiyyətini izah etməklə şagirdlərdə fənnə maraq oyadır,həyatın bütün sahələri ilə bağlı peşələrlə onları tanış edir.
Dərsin quruluşu (strukturu) onun tipindən,məqsədindən,məzmunundan və metodlarından asılıdır.Dərsin quruluşu dedikdə onu tamamlayan hissələr və bu hissələrin qarşılıqlı əlaqəsi başa düşülməlidir.Dərs müəyyən plan əsasında keçirilir,mərhələlərə bölünür.Ənənəvi dərslər ümumi qəbul olunmuş metodikaya əsasən aşağıdakı mərhələlərlə həyata keçirilir:
I.Sinfin təşkili.Bu mərhələdə şagirdlərin nizam –intizamına,əhval-ruhiyyəsinə nəzər yetirilir.Dərsə giriş verilir.
II.Keçilmiş mövzunun soruşulması.Bu müxtəlif yollarla ola bilər: frontal və ya fərdi sorğu,test üsulu ilə,müstəqil iş verməklə,çalışma və ya məsələ həll etdirməklə müəllim keçilmiş mövzunu soruşur.Ev tapşırıqlarını yoxlayır.
III.Keçilmiş mövzu ilə yeni mövzu arasında əlaqənin yaradılması.
IV.Yeni materialın öyrədilməsi.Yeni mövzunu müxtəlif metodlarla, aydın nitqlə,əyaniliklərin köməyi ilə izah edir.
V.Biliklərin möhkəmləndirilməsi.Müxtəlif metodlarla şagirdlərin biliklərini möhkəmləndirir.
VI.Biliklərin qiymətləndirilməsi.Yeni mövzu öyrənildikdən sonra biliklər qiymətləndirilir.
VII.Ev tapşırıqlarının verilməsi.Ev tapşırıqları verərkən müəllim şagirdlərin müstəqilliyinin artırılmasına,tədqiqat xarakterli tapşırıqlara üstünlük verir.
Həyat bilgisinin tədrisində təşkil olunan dərs növlərindən biri əşya dərsləridir.Əşya dərslərində məqsəd mövzu ilə bağlı obyektin bilavasitə şagirdlərlə təmasda öyrədilməsidir.Müəllim tərəfindən sinfə gətirilmiş təbii və ya süni əyaniliklər şagirdlər tərəfindən müşahidə edilir,müqayisə aparılır,məntiqi nəticələr çıxarılır.Yaxşı olar ki,əyaniliklər,əşyalar hər bir şagirdə paylansın.Əşya dərslərinin xüsusi quruluşu vardır:
I.Keçilmiş mövzulara dair bilikləri xatırlatmaq;

Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin