Müsahibə metodu. Müəllim şagirdlərlə dialoq şəklində apardığı fəaliyyətdir.Bu metod şagirdi faktların təhlilinə oxşar və fərqli cəhətlərin tapılmasına,təhlil etmək,nəticə çıxarmaq,ümumiləşdirmə aparmaq kimi işlərə kömək edir.Şagird fikirlərini sərbəst söyləyə bilir.Səhvlərini dərk edir onları düzəldir.Müşahidə əsas alət sualdır.Sual aydın,məntiqli sadə,anlaşılan və qısa olmalıdır.Təsadüfi hə və yox cavablandıran suallarından çəkinmək lazımdır.Sual adətən sinifə verilir lakin cavab alınır.1-ci şagird cavab verə bilmədikdə 2-ci şagirdin ona kömək etməsi təşkil edilir.Müs.metodunu hazır etməzdən əvvəl müəl.sualları hazırlayır.Onların ardıcıllığını müəyyənləşdirir.
Əyani metodlar və onların tətbiqi.
Əyani metodun tətbiqi obyekt və hadisənin əlamətlərinin onlarda baş verən proseslərin öyrədilməsini asanlaşdırır. Bu metod bir qayda olaraq intelektual təsvirlərin formalaşmasına xidmət edir. Müəllim mövzu ilə bağlı əyaniliyi hazırlayır. Onu şagirdlərin müşahidə etməsinə imkan yaradır. Əyaniliyin əsasən 2 növü tətbiq olunur.
1. Təbii cism və hadisənin özləri bitki, heyvan, faydalı qazıntılar, torpaq.
2. Simvlik – fotolar, şəkillər, müqəvvalar, sxemlər, kino, kasetlər, disklər, xəritələr. Əyaniliyin göstəricisi şagirdlərin müəyyən cism və hadisə haqqında təsəvvür əldə etməsinə zahiri əlamətlər və cəhətlər haqqında məlumat olmasına kömək edir. Şübhəsiz ki, əyaniliyin nümayişi sözü ilə çox əlaqədardır. Müşahidə istifadə edilərkən, mövzunu xüsusiyyətlərindən, müəllimin bacarığından, məktəbin imkanından asılı olaraq, bir sıra məmbələrə diqqət yetirilməlidir.
1.Nümayiş etdirən əyani vasitə bütün şagirdlərin görə bildiyi yerdə yerləşdirilir.
2.Əyani vəsaitdən mövzü ilə bağlı konkret olaraq şagirdlərin nəzərinə çatdırmalıdır.
3.Əyanilik üzrə izahın nümayişdən əməl və ya sonra veriləcəyi qabaqcadan müəyyən edilir.
4.Əyani izahın köməyi ilə qavranılan materiallar sistemləşdirilir və ümumiləşdirilir.
5.Əyanilikdəki məlumatların üzə çıxarılması şagirdlər tərəfindən həyata keçirilir.