Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı



Yüklə 462,34 Kb.
səhifə23/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

Şifahi şərh metodu.
Şifahi şərh metodundan daha çox istifadə edilir.H.B-dən obyekt və hadisələr haqqında şagirdlərə şifahi şərh metodu ilə müəllim az vaxtda sistemli,məqsədyönlü,ardıcıl olaraq hadisə və proseslər haqqında maksimum bilik vermək imkanı qazanır.Təlim öyrədici,inkişafetdirici,tərbiyəedici funksiyaların yerinə yetirilməsi baxımından şifahi şərh metodu çox əlverişlidir.Metodun tətbiqində şagirdlər zahirən passiv görünə bilərlər.Lakin onlar müəllimi dinləsələr də qavradığı yeni materialın mövcud biliyi ilə özünü keçmiş təcrübəsi ilə əlaqələndirir,müqayisə edir və ona münasibət bildirir.Şərh zamanı şagirdlərin fəaliyyətini idarə edəcək priyomlardan,ritorik suallar,pauza,intonasiya,emosional vəziyyət,mimikanı dəyişmək yaxşı nəticə verir.
Müsahibə metodu. Müəllim şagirdlərlə dialoq şəklində apardığı fəaliyyətdir.Bu metod şagirdi faktların təhlilinə oxşar və fərqli cəhətlərin tapılmasına,təhlil etmək,nəticə çıxarmaq,ümumiləşdirmə aparmaq kimi işlərə kömək edir.Şagird fikirlərini sərbəst söyləyə bilir.Səhvlərini dərk edir onları düzəldir.Müşahidə əsas alət sualdır.Sual aydın,məntiqli sadə,anlaşılan və qısa olmalıdır.Təsadüfi hə və yox cavablandıran suallarından çəkinmək lazımdır.Sual adətən sinifə verilir lakin cavab alınır.1-ci şagird cavab verə bilmədikdə 2-ci şagirdin ona kömək etməsi təşkil edilir.Müs.metodunu hazır etməzdən əvvəl müəl.sualları hazırlayır.Onların ardıcıllığını müəyyənləşdirir.
Əyani metodlar və onların tətbiqi.
Əyani metodun tətbiqi obyekt və hadisənin əlamətlərinin onlarda baş verən proseslərin öyrədilməsini asanlaşdırır. Bu metod bir qayda olaraq intelektual təsvirlərin formalaşmasına xidmət edir. Müəllim mövzu ilə bağlı əyaniliyi hazırlayır. Onu şagirdlərin müşahidə etməsinə imkan yaradır. Əyaniliyin əsasən 2 növü tətbiq olunur.
1. Təbii cism və hadisənin özləri bitki, heyvan, faydalı qazıntılar, torpaq.
2. Simvlik – fotolar, şəkillər, müqəvvalar, sxemlər, kino, kasetlər, disklər, xəritələr. Əyaniliyin göstəricisi şagirdlərin müəyyən cism və hadisə haqqında təsəvvür əldə etməsinə zahiri əlamətlər və cəhətlər haqqında məlumat olmasına kömək edir. Şübhəsiz ki, əyaniliyin nümayişi sözü ilə çox əlaqədardır. Müşahidə istifadə edilərkən, mövzunu xüsusiyyətlərindən, müəllimin bacarığından, məktəbin imkanından asılı olaraq, bir sıra məmbələrə diqqət yetirilməlidir.

Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin