Mövzu 13. Ümumi təlim nəticələri və məzmun xətləri. Fəndaxili və fənlərarası inteqrasiya. Fənnin məzmununa həyatla bağlı biliklər: cansız təbiət:hava, su,torpaq; canlı təbiət :bakteriyalar,göbələklər,şibyələr,bitkilər,heyvanlar,insanlar,ekologiya; cəmiyyət:ailə,dövlət,iqtisadiyat və mədəniyyət,mənəviyyat,sağlamlıq,təhlükəsizlik kimi problemlərin izahı daxildir.
Tarixilik prinsipinə görə əsasən əvvəl cansız təbiətə yer verilir.Burada Günəş sistemi, Yer kürəsi,onun işığı,istiliyi,quruluşu,planet olması,hərəkəti,gecə və gündüzün növbələşməsi,fəsillərin əmələ gəlməsi kimi məsələlər əhatə olunur.
«Həyat bilgisi» fənninin məzmunu onun məzmun xətlərinin əsasında qurulur. Məzmun xətləri– fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hesab edilən hissələridir.«Həyat bilgisi» fənninin ibtidai və əsas təhsil pillələri üçün ümumi olan aşağıdakı 4 məzmun xətləri müəyyən edilmişdir:
.Təbiət və biz
.Fərd və cəmiyyət
.Mənəviyyat
.Sağlamlıq və təhlükəsizlik Təbiət və biz məzmun xəttinin alt məzmun xətləri:
. Cisim,maddə və hadisələrin müxtəlifliyi.
. Yerin təbəqələri və onlarda gedən proseslər.
. Canlılar aləmi.
. Ekologiya
Fərd və cəmiyyət məzmun xəttinin alt məzmun xətləri:
. Fərd,ailə,cəmiyyət və dövlət.
. Cəmiyyətin sosial –iqtisadi həyatı.
. İnsanın hüquqları və vətəndaşlıq.
Mənəviyyat məzmun xəttinin alt məzmun xətləri:
. Ailə,məişət və cəmiyyətdə ədəb və davranış qaydaları.
. Din,əxlaqın formalaşmasında dinin rolu.
Sağlamlıq və təhlükəsizlik məzmun xəttinin alt məzmun xətləri:
. Sağlam həyat tərzi
. Həyat fəaliyyətinin təhlükəsizliyi.
. Fövqəladə hallarda mühafizə.
Həyat bilgisi kurikulumunda fənnin əsaslandırılması. Kurikulumda həyat bilgisi fənninin məzmun xətləri aşağıdakılardır.
1. Təbiət və biz
2. Fərd və cəmiyyət
3. Mənəviyyat
4. Sağlamlıq və təhlükəsizlik
1. Təbiət və biz məzmununun alt məzmun xətləri
a) cisim maddə və hadisələrin müxtəlifliyi
Şagird maddə və hadisələrinin sadə təsnifatını verir. Maddələrin xassələrini onların daxili quruluşunu təbiətdə baş verən hadisələr enerji çevrilmələri ilə əlaqələndirilir.
b) yeni təbəqələr və onları gedən proseslər
Şagird atmosferde hidrosferdə litosferdə gedən prosesləri sadə şəkildə izah edir. Yerin təbii zonaların və doğma diyarın təbii xüsusiyyətlərini təsir edir.
c) canlılar aləmi- şagird canlılar aləmin müxtəlifliyinin onların cansız təbiətlə qarşılıqlı əlaqəsini izah edir. Insan təbiətin bir hissəsi kimi səayyənləndirilir. Onun sağlamlığa keçirdiyi həyat tərzi ilə əlaqələndirilir.
d)Ekologiya- insan fəaliyyətinin təbiətə təsiri qiymətləndirilir. Təbiətə qayğı ilə yanaşmanı vacibliyi əsaslanır.
2. Fərd və cəmiyyət məzmununun alt məzmun xətti
1) fərd ailə cəmiyyət və dövlət
2) cəmiyyətin sosial-iqtisadi həyatı
3) insan hüquqları və vətəndaşlıq
Şagird bilməlidir ki insan sosial varlıq kimi səcyələndirilir. Onun formalaşdırılmasında cəmiyyətin və ailənin rolu izah edilir. Istəkləri və zəruri ehtiyaclar fərqləndirilir. Ehtiyacın ödənməsi üçün lazım olan resurslara qənaət edilməsi sübut edir. Şəxsi və ailə büdcəsinin idarə edilə bildiyini nümayiş etdirir. Sadə iqtisadi layihələr qurur. Sosial prosesler fərqləndirilir.Hökümət bölgüsü onun ayrı-ayrı funksiyaların izah edir. Hüquq və vəzifələri nədən ibarət olduğunu müəyyən edir.
3. Mənəviyyatın məzmunu alt məzmun xətləri
1) ailə məişəti və cəmiyyətdə ədəb və davranış qaydaları
2) Əxlaqın formalarında dinin rolu
Şagird ünsiyyət qurmağı və saxlamağı bəzən başqalarının haqlarına hörmətlə yanaşmasını nümayiş etdirir əxlaq və davranışlara təsir edən amilləri fərqləndirir qiymətləndirir.Ailə cəmiyyət və vətən qarşısında mənəvi borcu dərk edir. Bununla bağlı öz vəzifələri müəyyənləşdirir. Dini dünyagörüşü xurafatdan fərqləndirilir.
Bütün dinlərin əsas məqsədinin kamil insan yetişdirmək olduğunu izah edir.
4. Sağlamlıq və təhlükəsizlik məzmun xətti aşağdakı alt məzmun xətlərindən ibarətdir.
1) sağlam həyat tərzi
2) həyat fəaliyyətinin təhlükəsizliyi
3) Fövqəladə hallarda mühakimə
Şagird: sağlam həyat tərzinin insan sağlamlığı üçün əhəmiyyətini qiymətləndirir. Məişət və ictimai yerlərdə təhlükəsizlik davranış qaydalarına əməl etdiyini hər cür təhlükə və xoşagəlməz hallardan qoruna bildiyini nümayiş etdirir. Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı insan həyatı və sağlamlığı üçün yarana biləcək təhlükəni qiymətləndirir. Ilk tibbi yardım göstərə bilir.