Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı


Mühazirə 12: Həyat bilgisi və onun tədrisi metodikası fənninin məzmunu.Fənn kurikulumu tələbləri



Yüklə 462,34 Kb.
səhifə19/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

Mühazirə 12: Həyat bilgisi və onun tədrisi metodikası fənninin məzmunu.Fənn kurikulumu tələbləri.
Plan:
1. Fənnin məzmunu.
2. Fənnin kurikulum tələbləri.
3. Fənnin məzmun xətləri.

«Həyat bilgisi» fənni təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. «Həyat bilgisi» fərdin özünü bioloji,psixoloji,sosial mənəvi dəyərləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik,bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir.Bu baxımdan şəxsiyyətyönümlü « Həyat bilgisi » fənn kurikulumu bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Kurikulumun əsasını təhlil,tətbiq və qiymətləndirmə təşkil edir.Kurikulum islahatının əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Həyat bilgisi fənn kurikulumunun məzmunu həyat haqqında bilik və bacarıqların şagirdlərə elmi-metodiki prinsiplər əsasında ötürülməsini təşkil edir. H.b. və onun tədrisi metodikasının məzmununda respublikamızda təhsil sahəsində gedən islahatların nəticəsi olaraq ortavə ali məktəblər üçün texnologiya krikulumunu hazırladılar. Orada ixtisas fənnləri o cümlədən həyat bilgisi və onun metodikası fənnin tədrisinə verilən vaxt məzmun xəttləri təlim nəticələri, təlimin prinsipi, metod və təşkili formaları göstərildi. H.bilgisinin tədrisinin məzmunu fənnin əsas məqsədi tələblərin, dövrün tələblərini özündə əks etdirən müəllim kimi yetişdirilməsinə imkan yaratmaq. Müəllimlərə lazım olan bilik və bacarıq aşılamaq təlimin təşkili formalarını tədrisində ustalıqla həyata kecirmək yollarını öyrədilir, eyni zamanda həyat bilgisinin tədrisinin metod və forma yollarını geniş şəkildə izah edilir və onlara aid nümunələr verilir, həyat bilgisi fənninin tədrisi metodikasının ümumi təlim prinsipləri metodları, priyomları təşkili formaları tədrisində tərbiyyə işini təşkili maddi texniki bazanın yaradılması daxil edilmişdir. Onun xüsusi metodikası hissəsində coğrafi, bioloji, tibbi, hüquqi sosial iqtisadi bilik və bacarıqların aşılanması problemləri izah edilir. Tədrisdə mənəviyyatın formalaşdırılması cəmiyyətin tələblərini özündə əks etdirən inkişaf etmiş yaradıcı şəxsiyyətin yetişdirilməsi problemlərin həlli yollarını fənnin əsas məzmun xəttini təşkil edir. Həyat bilgisi fənni həyatın bütün sahələrini əhatə edən müxtəlif tədris fənləri ilə əlaqələnir ona görə fənlər arası əlaqələrə geniş yer ayrılır. H.bilgisi fənnin metodikası fənnin fənn krikulumunun tələblərinə uyğun tədris edilməsi bacarıqlarını aşılayır. Tələbələrin yaradıcı şəxsiyyət cəmiyyətin tələblərinə cavab verən müəllim kimi yetişməsinə imkan yaranır.



Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin