Mövzu 10. Fövqalədə hallar.
Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir. Fövqəladə hal və onun növləri (miqyasına, baş vermə sahələrinə, mənsubiyyətinə görə) Miqyasına görə fövqəladə halların təsnifatı Lokal (qismi) - hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır. Obyekt miqyaslı (səciyyəli) - hadisələr sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır. Yerli - hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Regional - fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Milli - miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Qlobal - hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin ərazilərinə də yayılır. Fövqəladə halların baş vermə sahələrinə görə təsnifatı 1) Təbii xarakterli fövqəladə hallar; 2) Texnogen xarakterli fövqəladə hallar; 3) Ekoloji xarakterli fövqəladə hallar; 4) Sosial-siyasi və hərbi siyasi xarakterli hallar. Təbii xarakterli fövqəladə vəziyyətlər Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir. Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir. Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur: 1) qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar); 2) uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.) Təbii fəlakətlərin yaranma səbəbləri Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar: 1) təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin təsiri (qasırğa, urağan, tornadolar). 2) antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya) Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).
Dostları ilə paylaş: |